Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə çıxacaq müğənninin adı bəlli olub.
Yayılan xəbərə görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq ilk toy mərasimində səhnəyə məşhur müğənni Ebru Gündeş çıxacaq. İlk toyun bəyi futbolçudur.
Martın 19-da baş tutacaq məclisdə Azərbaycanın tanınmış müğənnilərinin çıxışı gözlənilir.
Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda futbol oyunlarından başqa toy şənlikləri də keçirməyin mümkünlüyü barədə xəbər yayımlanıb. Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib.




