"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fazil Mustafa od püskürdü:”Əlvida, idman-sağlamlıq və xoş gəldin, avaraçılıq-narkomaniya!”

08 Fevral 2016 - 08:55
in XƏBƏR LENTİ

faz

“”Bakı” Futbol Klubunun nəzdində yaradılmış Futbol Akademiyasında 300-ə yaxın yetişməkdə olan futbolçu uşaqların və yeniyetmələrin maliyyə çətinliyi ucbatından fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığını eşidəndə çox məyus oldum”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bunu millət vəkili Fazil Mustafa Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, devalvasiya həyatın bütün sahələrini, o cümlədən idman həyatını da alt-üst etməkdədir:

“Bir sözlə, əlvida, idman-sağlamlıq və xoş gəldin, avaraçılıq-narkomaniya! Ancaq bunlar yalnız iqtisadi böhranın yaratdığı fəsadlar deyil. 25 il öncə planlı sosialist təsərrüfatından imtina edəndə sevinmişdik ki, plansız kapitalist iqtisadiyyata keçəcəyik və hər kəs qabiliyyətinə görə azad sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, əldə etdiyi gəlirlərlə həm idmanın, həm təhsilin inkişafına, həm də sosial proqramların həyata keçirilməsinə töfhəsini verəcəkdir. Əvəzində isə dövlət hər şeyin maliyyələşməsini öz üzərinə götürməklə sahibkarların əl-qolunu bağladı və inzibati yollarla idman sahələrinə himayəçilik azacıq iqtisadi böhran baş verən kimi, klubları, idmançıları sıxıntıya salmağa başladı. Yəni idman həyatımız tam plansız bir vəziyyətə gəlib düşdü. Təsəvvür edin ki, bir aydır bizim həftədə bir dəfə oynadığımız basketbol meydançası təmirə dayandığına görə, normal şəraiti olan basketbol meydançası axtarışımız bir səmərə verməyib. İllərdir idmanın inkişafından danışılsa da, vətəndaş üçün əlçatan basketbol meydançası salınmayıb, halbuki bu oyunun nə qədər dünyada populyar olduğunu izah etməyə lüzum yoxdur. Qonşumuz o pulsuz Gürcüstanın milli basketbol komandasının oyunlarını izləyəndə əməlli-başlı utanırsan ki, necə olur ki, su polosu, reqbi, basketbol kimi çətin oyunlarda ənənəni minimum imkanlarla adamlar qoruyub saxlaya bilib, bizdə isə milli komanda bir yana dursun, heç uşaqların normal şərtlərdə məşq edə biləcəyi meydança tapılmasın. Voleybolda hər rus adının qarşısına bir Məmmədova, Həsənova calaq edib vəziyyətdən çıxdıq, ot üstə xokkeydə Kim-in, Çen-in qarşısına Quliyeva, İsayeva qoşub, bir turniri ötüşdürdük, bəs sonrası nə olacaq? Yeni təmir olunan orta məktəblərdəki idman zalları başdansovdu və keyfiyyətsizdir, standartlara cavab vermir. Hələ soyunub-geyinmə otaqlarını, duş və isti su qıtlığından danışmıram. İndi də Olimpiya stadionunun toyxanaya çevrilməsi barədə xəbərləri oxuyanda daha çox üzülməyə başlayırsan. Mən düşünürdüm ki, bu qədər mənasız xərclər sərf olunmuş və vətəndaşların cibini aşkarlıq şəraitində soyan şadlıq evlərini tədricən basseynlərə, idman meydançalarına çevirəcəklər. Əvəzində isə Olimpiya stadionunun toyxanaya çevirməyi düşünürlər. Bəlkə bu stadionunun özəlləşdirilməsinə, icarə əsasında hansısa formada idman tədbirlərinin keçirilməsinə çalışmaq olar, hər halda toyxana modelindən fərqli bir şeylər düşünmək daha yerində olardı.
İnsaf naminə deməliyəm ki, Azərbaycanda idman infrastrukturunun qurulması üçün ölkə prezidenti tərəfindən xeyli işlər görülüb, lazımi vəsaitlər ayrılıb. Burada əsas məsələ açıq söylənməlidir: bu infrastrukturdan uşaqların və gənclərin pulsuz istifadə etməsi imkanları məhduddur və hətta bir çox hallarda yox dərəcəsindədir. Bunun yolları tapılmalıdır və əks halda yaxın gələcəkdə olan-qalan idman yerləri toyxanaya çevriləcək və bu ölkədə idmançı əvəzinə ancaq manıslar yetişəcəkdir. Manısların isə nə dünya çempionatı, nə də Olimpiya çempionatı keçirilir. Uzaqbaşı, dünyanın ən yaraşıqlı Şadlıq evi nominasiyasında birinci olmağın xoşbəxtliyini yaşaya bilərik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkmən Dağında öldürülən 4 rus generalının məxfi Türkiyə planı üzə çıxdı – Ələ keçirilən xəritə Moskvanın planını deşifrə etdi

Next Post

Dünyanın açılmayan 6 sirri – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dünyanın açılmayan 6 sirri - FOTOLAR

Putinin başı dərddə : İqtisadi böhran ilyarıma xalq üsyanına çevrilə bilər - Hesabat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.