Çeçenistan prezidenti Ramzan Kadırov yenidən rusiyalı müxalifləri təhdid edən foto paylaşıb.
Axar.az xəbər verir ki, Kadırov dağlarda snayperlə fotosunu çəkərək öz İnstaqram səhifəsində “kim başa düşməyibsə, o anlayacaq” ifadəsi ilə birgə paylaşıb.
Qeyd edək ki, bir müddət öncə Kadırov öz İnstaqram səhifəsində müxalif PARNAS partiyasının lideri Mixail Kasyanov və jurnalist Kara-Murzanın snayperlə nişan alınmış videosunu paylaşıb. Kadırovun bu addımı müxalifətin kəskin etirazlarına səbəb olub. Bundan sonra Kasyanov yayımlanan video ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə müraciət edib.




