Xəbər verdiyimiz kimi dünən Luqanskda məcburi köçkünlərin hərəkət etdiyi maşın kalonu separatçılar
tərəfindən atəşə tutulub.
tərəfindən atəşə tutulub.Avropa.info-nun xarici KİV istinadən verdiyi xəbərə görə, hadisəyə dünyanın bir sıra qurumlarından və ölkələrindən sərt təpkilər gəlməkdədi.
Polşanın humanitar missiyasının rəhbəri Yanin Oxoyskiy bu hadisəni insanlığa qarşı cinayyət adlandırıb:
“Bu hadisə insanlığa qarşı törədilən cinayətdir, hadisəni kimin törətdiyi müəyyən olunmalı və onlar cəzalanmalıdı”.
Qeyd edək ki, dünən baş vermiş bu hadisə zamanı onlarla insanın həlak olduğu bildirilir.



