"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Regionlara ucuz aviareyslər açılır

08 Fevral 2016 - 17:00
in XƏBƏR LENTİ

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibində olan Aviasiya Təhlükəsizlik İdarəsi və beynəlxalq hava limanlarının rəhbərliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və bir sıra digər ölkələrin aviasiya hakimiyyəti orqanlarının nümayəndələri ilə 2016-cı ilin yanvar ayından etibarən sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir.

“Xüsusilə də, İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur. Həmçinin “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri – Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər”, – deyə məlumatda bildirilir.

Bundan başqa, bu yaxınlarda İsrailin milli aviadaşıyıcısı – “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər edib və Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirib. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan ediblər.

Həmçinin Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilib. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, artıq “Turkish Airlines” (İstanbul – Naxçıvan, İstanbul – Gəncə), Rusiya aviaşirkətləri “Utair” (Moskva – Naxçıvan) və “Ural Hava Yolları” (Moskva – Gəncə, Moskva – Lənkəran, Moskva – Qəbələ) Azərbaycan regionlarına uçuşlar həyata keçirir.

Bir neçə rus aviaşirkəti artıq Sankt-Peterburq, Yekaterinburq və Novosibirskdən Azərbaycanın regional hava limanlarına uçuşlar həyata keçirmək niyyətlərini bildiriblər.

“Biz uçuşların coğrafiyasını genişləndirmək və Azərbaycana turistləri cəlb etmək məqsədi ilə bundan sonra da digər ölkələrin aviaşirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Biz Azərbaycana yeni marşrutların açılmasını planlaşdıran hər bir aviaşirkət ilə fərdi qaydada danışıqların aparılmasını planlaşdırırıq və tərəfimizdən ilkin mərhələdə regional hava limanlarında xidmət üzrə əlavə güzəştlərin verilməsini nəzərdən keçirməyə hazırıq”, – deyə AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.

Hazırda Azərbaycanda beynəlxalq statusu malik və mülki aviasiya sahəsində bütün müasir tələblərə cavab verən 6 hava limanı (Bakıda, Naxçıvanda, Gəncədə, Qəbələdə, Lənkəranda və Zaqatalada) fəaliyyət göstərir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər uğursuzluqlarını ört-basdır etmək üçün hücuma keçdi

Next Post

Multikulturalizm: Avropanın səhvi və Azərbaycan modeli – TƏHLİL

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Multikulturalizm: Avropanın səhvi və Azərbaycan modeli – TƏHLİL

`Azəryolservis` işçi axtarır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.