"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Neftin qiyməti hansı həddə qalxsa, manat dirçələr?

09 Fevral 2016 - 09:02
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Neftin qiyməti hansı həddə qalxsa, manat dirçələr?

Ekspertlərin fikirləri təzadlıdır, çünki…

Neftin qiyməti son günlər cüzi də olsa, artmaqdadır. Artıq Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar artaraq 31,00 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,10 dollar artaraq 34,16 dollar olub.
Bəs neftin qiymətinin hansı həddə qədər qalxması manata olan təzyiqləri dayandıra bilər? Həmçinin neft hansı həddə qədər bahalaşsa, manat dirçələ bilər? Rəyini öyrəndiyimiz ekspertlərin mövqeyi təzadlıdır. 
 
İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, neftin qiyməti 40 dollara qədər artarsa belə, manata təzyiqlər olacaq: “İkinci devalvasiyadan əvvəl bizim mərkəz manatın məzənnəsi, neftin qiyməti ilə bağlı ssenarilər hazırlamışdı. Aprel ayının əvvəlində yayımlanan hesabatımızda üç ssenari üzrə neftin dünya bazarında qiymətinə baxılması və buna uyğun manatın məzənnəsini proqnozlaşdırmağı təklif edirdik. Onlardan pessimist ssenari neftin dünya bazarında qiymətinin 40 dollardan aşağı olduğu ssenari idi. Bu müddətdə manatın stabilliyi ilə bağlı problem olacağını bildirmişdik. Bu halda manatın stabilliyini qoruyub saxlamaq olduqca çətindir. Çünki Azərbaycan hətta güzəştli idxalı çıxsaq belə, qeyri-real idxalın cəmi təxminən 9 milyard dollardır. Yəni o deməkdir ki, hər il 9 milyard dollar vəsait lazımdır ki, Azərbaycana məhsullar idxal edilsin. Bizim 9 milyard dollar valyutamız ən azı idxal üçün olmalıdır. Əgər bu, olmasa, proses nəticə etibarı ilə manatın məzənnəsinin aşağı düşməsinə gətirib çıxaracaq.
O baxımdan, neftin dünya bazarında qiymətinin 40 dollardan aşağı olması birmənalı şəkildə manata təzyiqi artırır. Azərbaycan üçün manatın məzənnəsi baxımından normal və ya orta ssenari neftin qiymətinin 40-60 dollar arasında olmasıdır. Bu, orta ssenaridir. Bu halda manata təzyiqlər kəskin azalır. Amma təbii ki, manat tam olaraq rahat nəfəs ala bilmir. Xarici iqtisadi təzyiqlər azalır. Bu halda manatın stabilləşməsi mümkündür. Söhbət manatın bazar tərəfindən möhkəmlənməsindən gedirsə, optimist, nikbin ssenari neftin qiymətinin 60 dollardan yüksək olmasıdır və uzun müddət bu intervalda qalmasıdır. Neft 60 dollardan yüksək olarsa, manata təzyiq praktik olaraq aradan qalxır. Çünki ölkəyə daxil olan valyutanın həcmi artır və manat rahat nəfəs ala bilir. Manatın möhkəmlənməsi o zaman mümkündür ki, neftin dünya bazarında qiyməti istehsalçı ölkələr üçün daha cəlbedici olan 80 dollardan yüksək olsun və artıq həmin intervalda bərqərar ola bilsin. Artıq manatın 80 dollardan yüksək olarsa və bir müddət belə qalarsa, manat dollara nisbətən məzənnəsinin möhkəmlənməsi mümkündür”.
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə musavat.com-a açıqlamasında qeyd edib ki, neftin hansısa həddə qalxmasının manatı dirçəldəcəyini ehtimal etmək artıq çətindir: “Çünki bir qədər əvvəlki situasiya ilə sırf analogiya aparmaq artıq düzgün deyil. Yəni söhbət 2014-cü ildəki kimi və yaxud ondan əvvəlki kimi neftin qiymətinin yüksək olduğu zamanlardan gedir. O zaman neftin qiyməti yüz dollar idi, manat stabil idi. Neftin bareli yüz dollardan aşağı düşdü, manatın sabitliyinə təhlükə yarandı. Milyardlarla manat interverensiya gedirdi manatın kursunun sabit saxlanması üçün. İndi neftin qiyməti aşağı düşüb, yuxarı qalxdıqca manat yenidən ona müvafiq olaraq artacaq deyə bir fikir yoxdur. Yox. Çünki artıq situasiya başqadır.
Çünki Azərbaycan iqtisadiyyatı əvvəlki iqtisadiyyat deyil. Söhbət odur ki, bu iqtisadiyyat əvvəlki deyil. Bu lokomotiv əvvəlki gücdə deyil ki, iqtisadiyyatı arxasınca çəkib apara bilsin və manat da yüksəlsin. Artıq neftin bahalaşması 50-60, hətta 70 dollara çatsa belə, bizim manatı möhkəmləndirəcək səviyyədə deyil. Çünki bizim iqtisadiyyatımız, ümumi daxili məhsulumuz artıq əvvəlki, 75 milyard dollar səviyyəsinə artım gücündə deyil”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

«Der Spiegel»: “Merkelin Ərdoğandan xoşu gəlmir, lakin ona ehtiyacı var”

Next Post

GMO toxumlardan istifadə vəziyyəti yoxlanılacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

GMO toxumlardan istifadə vəziyyəti yoxlanılacaq

Orda bir ölkə var – PAKLIQDAN GƏLƏN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.