Rusiyanın hərbi gəmiləri Cənub Hərbi Dairəsi qoşunlarının döyüş qabiliyyətliliyin yoxlanılması çərçivəsində Qara və Xəzər dənizlərində şərti düşmənin sualtı qayıqları və minaların axtarışı üzrə tapşırıqları yerinə yetirirlər.
`RİA Novosti` xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Gəmi zərbə qrupları şərti düşmənin sualtı qayıqlarının axtarışı və aşkarlanması tapşırıqlarını yerinə yetirirlər. Təminat gəmiləri qüvvələrin dənizdəki hərəkətinin təmin olunması üçün hazır vəziyyətə gətirilib”, – deyə, Rusiya Müdafiə Nazirliyindən məlumat verilir.




