"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəkər tozu, yoxsa tozlu şəkər? – Əsl qəndi necə tanımalı? – MADDƏ 586

09 Fevral 2016 - 10:17
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qida rasionumuzun əsasını təşkil edən məhsullardan biri də şəkər və şəkər tozudur. Dükan-bazarda müxtəlif adda və keyfiyyətdə şəkər və şəkər tozu var. Onların arasında yerli istehsala da, idxal məhsullarına da rast gəlinir. Çeşid çoxluğu və tələbat isə bəzi hallarda işbazlara əl-qol açmağa, bazara keyfiyyətsiz məhsullar çıxarmağa imkan verir. Bəs təmiz və keyfiyyətli malı saxtadan necə ayırmalı?

Ümumiyyətlə, mağazalardan şəkər və şəkər tozu alarkən nələrə diqqət yetirmək lazımdır? Bu məhsulların keyfiyyətini qorumaq üçün onların saxlanma qaydasını bilirikmi?

 

Oxucularımıza bu işdə Publika.az-ın “Maddə 586” layihəsi yardımçı olacaq.

 

Standart

 

Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95%-dən çox mənimsənilir. Şəkərin istеhsаlı üçünsə əsas хаmmаl kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 faizi şəkər çuğundurundan, 55 faizi isə şəkər qamışından alınır.

 

Şəkər çuğundurundan alınan şəkər tozunun təmizliyi 99,75% təşkil edir. Qarışıqlar yalnız 0,25% qəbul olunur. Rafinadın təmizliyi isə 99,9%-dən aşağı olmamalıdır (uyğun olaraq qarışıqlar 0,1% qəbul edilir). Şəkər-tozla müqayisədə şəkər-rafinadda qarışıqlar 2,5 dəfə azdır. Lakin şəkər tozunda qarışıqların 0,25% olması onun dad və xüsusən də qidalılıq xüsusiyyətlərində əks olunmur.

 

İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Belə ki, şəkər tozu:

 

– quru, dənəvər olmaqla ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır;

 

– rəngi ağ, sarımtıl, parıltılı olmalı, dadı təmiz şirin olmaqla, kənar dad və iy verməməlidir;

 

– suda tam həll olmalı və çöküntü verməməlidir;

 

– nəmliyi 0,14 faizdən, quru maddəyə görə saxaroza 99,75 faizdən az, reduksiyaedici maddələr 0,05 faizdən, kül isə 0,03 faizdən çox olmamalıdır;

 

– rafinad-qəndin nəmliyi çeşidindən asılı olaraq 0,1-0,4 faizdən çox, quru maddəyə görə saxaroza 99,9 faizdən az olmamalıdır.

 

Qablaşdırma

 

Şəkər tozunu qablaşdırmaq üçün müxtəlif tutumlu kisələrdən istifadə olunur. Daşınma, saxlama zamanı itkinin və çirklənmənin qarşısını almaq üçün kətan-kənaf-cut kisələrin içərisinə sellofan kisələr yerləşdirilir.

Bəzən şəkər tozu qida ilə təmasına icazə verilən polietilen paketlərə, 5-6 qatdan ibarət kraft kağız kisələrə qablaşdırıla bilər.

 

Qənd isə kütləsi 0,5 və 1 kq olan karton və ya ikiqat kağızdan hazırlanmış qutulara, həmçinin, kisələrə qablaşdırılır. Ticarət şəbəkəsində isə şəkər əsasən çəki ilə polietilen və kağız paketlərə qablaşdırılaraq satılır.

 

Saxlama

 

Şəkər tozu nisbi rütubəti 70 faizdən, rafinad-qənd isə nisbi rütubəti 80 faizdən çox olmayan anbarlarda 0-200 C-də uzun müddət saxlanıla bilər. Şəkər tozu və qəndin digər mallarla birgə saxlanması qadağandır. Bu məhsulların sахlаnılmаsı zаmаnı əsas təhlükə onların nəmliyə məruz qаlmаsıdır. Ona görə də onları nəmliyi 60 faizdən çox olan yerdə saxlamaq olmaz.

 

Nə qədər qənd yeyirik?

 

2014-cü ildə adambaşına qənd və qənnadı məhsullarının illik istehlakı 30,59 kq təşkil edib. 2015-ci ilin “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi”ndə isə əmək qabiliyyətli əhali üçün şəkər və qənnadı məmulatlarının istehlakı 16,9, pensiyaçılar üçün 15,8, uşaqlar üçün 19,7 kq təsdiq olunub. 2014-cü ildə də bu rəqəmlər eyniyyət təşkil edib.

2014-cü ildə şəkər istehsalı üçün xammal ehtiyatları 455 422 ton olub. Şəkər istehsalı üçün xammal ehtiyatının 432 318 tonu idxal edilib. Yerli istehsal cəmi 17 785 ton olub.  2015-ci ildə ölkədə şəkər çuğunduru istehsalı 186,1 min ton olub.

Onu da bildirək ki, Azərbaycanda şəkər çuğunduru Naxçıvan və Qərb iqtisadi rayonunda yetişdirilir.

 

Kəllə qənd – yerli istehsal

 

Ölkədə şəkər istehsalı ilə İmişli Şəkər Zavodu məşğul olur. Zavodun gündəlik emal gücü 5 min ton şəkər çuğunduru və ya 1800 ton xam şəkərdir.

2012-ci ildən müəssisədə Kəllə Qənd Fabriki istismara verilib. Bu fabrikdə Azərbaycanın ənənəvi şəkər məhsulu olan kəllə qənd istehsal edilir. Müəssisənin gündəlik məhsuldarlığı 200 ton qablaşdırılmış kəllə qənd məhsuludur.

 

İdxalda və ixracda şəkərin payı

 

Şəkərin xarici ticarətin strukturundakı payına gəlincə, 2015-ci ildə 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xam şəkər və şəkər idxalı 28,8 faiz azalıb. İxracı isə müvafiq dövrlə müqayisədə 8,8 faiz artıb. Konkretləşdirsək, 2014-cü ildə 205 275,40  dollar, 2015-ci ildə isə 124 490,72 dollar dəyərində şəkər idxal edilib. Bununla belə, Gömrük Komitəsinin statistikasında şəkər ən çox idxal olunan məhsullar sırasında yer alır.

O ki qaldı Azərbaycanın hansı ölkələrdən şəkər almasına, Statistika Komitəsinin 2014 -cü ilin sentyabr ayına hesabatı maraqlı faktları ortaya qoyur. Hesabatda göstərilir ki, fiziki şəxslər Rusiyadan (84431 kq.- 93652,90 dollar məbləğində), İrandan (12166 kq -8220,17 dollar), Ukraynadan (487 kq -389,31 dollar məbləğində), Qazaxıstandan (973 kq -3098,51 dollar), Belarusdan (3650 kq -3163,13 dollar məbləğində) idxal reallaşdırıblar.

Bununla bərabər, Rusiya, Gürcüstan, Almaniyaya şəkər və şəkər tozu ixrac ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hökumət manatı möhkəmləndirməyə çalışır…

Next Post

Şok – Allaha qarşı məhkəmə iddiası qaldırdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Şok - Allaha qarşı məhkəmə iddiası qaldırdı

Qaçan sürücüyə cərimə yaza bilməyəcəklər - Yenilik

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.