"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyadan gələn tabutların ardı-arası kəsilmir

09 Fevral 2016 - 13:22
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiyadan gələn tabutların ardı-arası kəsilmir

Sayı 50 milyon nəfərdən çox olan azərbaycanlılar dünyanın 5 qitəsində məskunlaşıblar. Soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Həmvətənlilərimizin daha çox üz tutduğu ölkələr Rusiya və Ukraynadır. Ancaq Sovet İttifaqı dağıldıqdan sonra bu ölkələrdə yaşayan vətəndaşlarımızın həyatı rəvan keçməyib. Hər il onlarla vətəndaşımız müxtəlfi kriminal qruplar tərəfindən qətlə yetirilir. Soydaşlarımızın cənazələri bir qayda olaraq öz ailələri tərəfindən ölkəyə gətirilir. Bəs xarici ölkədə öldürülən həmyerlilərimizin qətlləri araşdırılırmı? Cinayəti törədənlər məsuliyyətə cəlb edilirmi? Azərbaycanın səfirliyi öz vətəndaşlarına qarşı tövədilən cinayətlərin araşdırılmasını tələb edirmi?
2016-ci ilin ilk aylarında olan statistika
Yanvarın 26-da Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib. Hadisə Sank Peterburqun Krılenko küçəsindəki bilyard klublarından birində qeydə alınıb. Məlumata görə, Azərbaycan vətəndaşının naməlum şəxslərlə mübahisəsi düşüb və o bıçaqlanıb. Bıçaq xəsarətləri alan yaralı dərhal ağır vəziyyətdə şəhərdə yerləşən Aleksandr adına xəstəxanaya çatdırılsa da, 32 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan onu da bildiriblər ki, Azərbaycan vətəndaşı bıçaqlanmazdan əvvəl döyülüb. Belə ki o, xəstəxanaya gətirilərkən qapalı kəllə beyin və qarının küt travması da almışd. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Fevralın 4-də Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonunda azərbaycanlı öz “Mersedes” markalı maşınında güllələnib. Hadisə Yam-İjora qəsəbəsində, Lenin küçəsində yerləşən bir evin qarşısında baş verib. İnsident gecə saatlarında qeydə alınıb. Həmin ünvanda Qafqaz mətbəxinə məxsus bir kafenin də olduğu deyilir.  Rusiya Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, həmin kafenin qarşısına “Chevrolet Lacetti” markalı maşın gəlib, onun içərisində olan insanlar qarşı tərəfdə maşınını park etmək istəyən “Mercedes-Benz Gelandewagen” markalı maşının sürücüsünə atəş açıblar. Salonda olan 42 yaşlı E.Heydərov aldığı 6 güllə yarasından yerindəcə keçinib.
Fevralın 6-da Ukraynanın Odessa şəhərinin Admiralsk prospektində uzun müddətdir orada yaşayan azərbaycanlı qətlə yetirilib. Azərbaycanlını “Vimpel” barından bir az aralıda öldürüblər. Məlum olub ki, öldürülən şəxs Beyləqan rayonunun 1-ci Aşıqlı kəndindən olan, 27 yaşlı Aqşin Məmmədovdur. O, Odessada kafelərdən birindən çıxıb maşınına minərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Çoxsaylı bıçaq xəsarətləri alan A. Məmmədov hadisə yerində ölüb.
Xarici ölkədə öldürülən həmyerlimizin qətli araşdırılmazsa…
 
Hüquqşünas Müzəffər Baxış Bizimyol.info-ya açıqlamasında bildirdi ki, əslində qanuna görə cinayət harda baş verirsə, orda da onu tədqiq etməlidirlər. Həmin yerdə qüvvədə olan cinayət qanunvericiliyinə görə, qətli törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Əgər cinayət işi başlanmasa, bizim Cinayət Məcəlləsinin 12-ci maddəsinə görə, öldürülən şəxs Azərbaycan vətəndaşıdırsa qatil məsuliyyətə cəlb edilmirsə, həmin şəxs Azərbaycan ərazisində tutulursa, cinayət məsuliyyətinə cəlb edilə bilər. Bir şərtlə ki, həmin şəxs törətdiyi cinayət əməlinə görə, xarici ölkədə cinayət məsuliyyətinə cəlb edilməsin”.
M.Baxış deyir ki, bu qətllərə görə həm Rusiyada, həm də Ukraynada qüvvədə olan öz qanunvericiliklərinə görə, cinayət işləri başlanılır. Həmin işlərin istintaqı aparılır: “Əgər gələcəkdə müəyyən edilsə ki, həmin şəxsə qarşı cinayət əməlini Azərbaycan vətəndaşları törədibsə, onlar ölkə ərazisində tutulsalar, öz vətəndaşını başqa dövlətə vermədiyinə görə, həmin başlanmış cinayət işlərini Rusiyadan və Ukraynadan tələb edə bilər. Həmin cinayət işləri Azərbaycana göndəriləcək və həmin şəxslər burda məsuliyyətə cəlb edilə bilərlər”.
Hikmət Hacızadə: “Səfirlik öz vətənaşları ilə ciddi məşğul olmalıdır”
 
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, tanınmış politoloq Hikmət Hacızadə Bizimyol.info-ya bildirdi ki səfirlik öz vətənaşları ilə ciddi məşğul olmalıdır. Səfirlikdə xüsusi adamlar olmalıdır onların hüquqlarının qorunması ilə məşğuldurlar. Keçmiş dilomatın sözlərinə görə səfirlikdə hüquqşünaslar, vəkillər olmalı, konsol bu işlə məşğul olmalıdır. «Birincisi, həmin ölkəyə daim işə gedən şəxslərlə yaxşı olardı ki, təmas yaransın, qeydiyyatları aparılsın. Əlbəttə ki, orda Azərbaycanlılar çoxdur. Onları da müxtəlif diaspora təşkilatları ilə əlaqələndirmək olar ki, heç olmasa onlar həmyerlilərimizlə təmasda olsunlar. Bilsinlər ki, vətəndaşlarımız hardadı. Onlar siyahıda olsunlar, ünvanları, məşğul olduqları işlərin qeydiyyatı aparılsın. Hüquqi müdafiə, diplomatik müdafiə təşkil olunmalıdır”-deyə H.Hacızadə vurğuladı.
Çörək dalınca qonşu ölkəyə uz tutan vətəndaşlarımızın taleyi səfirliyi niyə maraqladırmır?
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Doğum evinin xəstələrdən qəribə tələbi – ZAQATALADA

Next Post

Keçmiş müdafiə nazirindən Rail Rzayevin qızına müraciət…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Keçmiş müdafiə nazirindən Rail Rzayevin qızına müraciət...

Bakıda yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.