"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Ermənistanda “status-kvo” sözünün mənasını bilmirlər`

09 Fevral 2016 - 19:23
in XƏBƏR LENTİ

“Ermənistan xarici işlər nazirinin sözlərindən belə təəssürat yaranır ki, Ermənistan XİN-də “status-kvo” sözünün kəsb etdiyi mənanı başa düşmürlər”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bunu Ermənistan xarici işlər nazirinin mətbuat konfransında söylədiyi fikirləri şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində “status-kvo” deyildikdə, siyasi və hüquqi məzmunda Ermənistan tərəfindən güc tətbiq edilərək, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı etnik təmizləmə nəticəsində yaranmış vəziyyət nəzərdə tutulur: “Ermənistan xarici işlər naziri rəsmi İrəvanın “status-kvo”nun davam etməsində maraqlı olmadığını deyirsə, onda Ermənistan öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrində tələb olunduğu kimi dərhal, qeyd-şərtsiz və tam şəkildə bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”.

H. Hacıyev qeyd edib ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında “status-kvo”nun qəbuledilməzliyi bir daha vurğulanıb: “Akvil bəyanatında “status-kvo”nun dəyişdirilməsinə xidmət edən və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını nəzərdə tutan əsas prinsiplər müəyyən edilib. Bunun əsasında da yenilənmiş Madrid prinsipləri hazırlanıb. Ermənistan hərtərəfli sülh sazişi üzərində işləmək, etimad quruculuğu tədbiri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında dialoq yaratmaq barədə təklif və çağırışları rədd edib. Əksinə öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmayaraq ölkəmizə qarşı işğalını davam etdirməkdədir. Bundan sonra Ermənistanın sülhdən danışması və Azərbaycana qarşı iddialar irəli sürməsi cəfəngiyatdır və məsuliyyətsizliyin son həddidir”.

H. Hacıyev bildirib ki, münaqişənin hərtərəfli həllinə və regionda davamlı sülhün təmin olunmasına nail olmaq üçün səylər insidentlərin araşdırılması kimi texniki və yardımçı məsələlərə deyil, münaqişənin və atəşkəsin pozulmasının köklü səbəbi olan işğalın aradan qaldırılmasına və Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına yönəldilməlidir: “Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesində köməkçi vasitə kimi insidentlərin araşdırılması kimi texniki mexanizmlərin yaradılması mümkündür. Təəssüflər olsun ki, insidentlərin araşdırılması kimi texniki məsələlərin önə çəkilməsi və Ermənistanın Azərbaycana qarşı işğal və ərazilərini ilhaq etməsinə göz yumulması “status-kvo”nun davam etməsinə və nəticə etibarilə, Ermənistanın maraqlarına xidmət edir. Ermənistan silahlı qüvvələrinin çıxarılması və Azərbaycan ərazilərinin işğalına son qoyulması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin adət etdikləri azad vaxt rejimində deyil, müəyyən edilmiş konkret vaxt çərçivəsində həyata keçirilməlidir. Ermənistan başa düşməlidir ki, qeyri-qanuni gücdən istifadə və işğal nəticəsində yaranmış vəziyyət heç bir halda legitim hesab edilə bilməz və rəsmi İrəvan bu yolla güddüyü siyasi məqsədlərə nail ola bilməz. “Status-kvo”nun dəyişdirilməsində və münaqişənin ərazi bütövlüyü, suverenlik və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında siyasi həllində ən maraqlı tərəf Azərbaycandır. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isveçli həmkarı Marqot Vallströmlə birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “status-kvo”nun saxlanılmasında Azərbaycanı təqsirli bilib. O qeyd edib ki, Azərbaycan vəziyyəti gərginləşdirir və ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə həll olunması çağırışlarına məhəl qoymur.(APA)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyada miqrantların obyektləri sökülür

Next Post

İlhamə Quliyevanın oğluna cinayət işi açıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İlhamə Quliyevanın oğluna cinayət işi açıldı

Təməl prinsipləri pozulan dünyada münaqişələr həll olunmaz - ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.