"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Üzeyir bəydən Bülbülə: “Ar olsun sənə…”

10 Fevral 2016 - 10:40
in XƏBƏR LENTİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sabiq prorektoru, professor Cahid Kərimov məşhur xanəndələr – Bülbül və Xan Şuşunski ilə bağlı xatirələrdən danışıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Axar.az xəbər verir ki, qocaman professor bu xatirələri ona hadisələrin iştirakçıları Bülbül və tarzən Qurban Pirimovun şəxsən söylədiyini qeyd edib. Cahid Kərimov da ilk dəfə olaraq həmin xatirələri Moderator.az saytı ilə bölüşüb:

 

Bülbül, sənə ar olsun

 

“Şövkət Məmmədova ilə Bülbül İtaliyaya oxumağa gedirlərmiş. Getməmişdən qabaq istəyirlər ki, gedib Üzeyir bəylə vidalaşsınlar. Sağollaşan zaman Üzeyir bəy əlindəki bəzi not vərəqələrini Bülbülə verir. Deyir ki, sənə dərs deyəcək professorun əsərləri ilə tanışam. Bunları ona göstərərsən.

 

Bülbül də İtaliyaya gələn kimi Üzeyir bəyin əmanətini italyan musiqi professoruna çatdırır. Üzeyir bəyin əsərləri ilə tanış olan professor məmuniyyətlə not vərəqələrini alır. Amma səhəri gün onları Bülbülə qaytararaq deyir ki, burada bəzi işarələr var ki, mən onları başa düşmədim. Bəlkə sən bilərsən ki, bunlar nədi? Bülbül də bir şey anlamır. O zaman qərara gəlirlər ki, Bakıya, Üzeyir bəyə bir məktub yazsınlar və ondan həmin işarələrin açmasını xahiş etsinlər. Məktub Üzeyir bəyə çatanda çox təəssüflənir. Ona görə yox ki, italyan professor oradakı işarələri anlamayıb. Ona görə təəssüflənir ki, tələbəsi Bülbül də onların nə məna verdiyini başa düşməyib. O səbəbdən də məktubda Bülbülə yazır: “Bülbül, ar olsun sənə. Bizim əlifbada heç bir əlifbada olmayan “ə”, “ü”, “ı”, “ö” saitləri var ki, bu işarələr də onların açmasıdır. Sən bunu niyə başa düşməmisən ki? Musiqidəki fərqli səslər də, musiqinin yeniliyi də elə o işarələrdi”.

 

İtalyan professor Üzeyir bəyin cavabını oxuyandan sonra Bülbüldən həmin notlara yazılan mahnını oxumasını xahiş edir. Bülbül oxuyur, italyan isə çox təəccüblənir. Çünki heç yerdə belə boğazlara, o cür musiqi elementlərinə rast gəlməmişdi. İfa bitəndən sonra yenidən xahiş edir ki, həmin musiqini oxusun. Sən demə, Üzeyir bəyin italyan professoruna yolladığı əsərlərdən biri də məşhur “Sənsiz” romansı olub. Bülbül ikinci dəfə oxuyub bitirəndən sonra professor əlini onun çiyninə qoyaraq pəncərəyə tərəf aparır. Açıq pəncərəyə çatanda Bülbül görür ki, az qala bütün konservatoriya yığışaraq pəncərədən onun ifasını dinləyirmiş…

 

Bax, Üzeyir bəy bu cür Üzeyir bəy olub”.

 

Xan Şuşinski İran şahını necə ayağa qaldırdı

 

“Bunu mənə rəhmətlik tarzən Qurban Pirimov danışıb. Deməli, bir gün o, Xan Şuşinksi, erməni kamança çalan İran şahının toyuna dəvət alırlar. O zaman vəziyyət başqa idi. DTK-ın bir agenti də onlara qoşulur və hər hərəkətlərinə göz qoyurmuş. İş elə gətirir ki, ifaçılar toya bir gün gec gəlirlər. Toyun ilk günündə iştirak edə bilmirlər. Nəsə, ikinci gün gələn bu heyəti çox soyuq qarşılayırlar. Deyirlər ki, şahın ayırdığı əsas hədiyyələr birinci gün ifa edən xanəndələrə verildi. Xan Şuşinski bunu eşitcək pərt olur. Qurban buna deyir ki, günah özümüzdədir. Gec gəlmişik, ona görə də belə münasibət göstərirlər. Amma təbii ki, onlar da növbə çatanda oxumalı idilər.

 

Qurban Pirimov mənə belə danışdı: “Xan Şuşinksi “Bayatı Şiraz” oxumağa başladı. Amma o, heç zaman bu muğamı oxumazmış. Elə bir başlanğıc etdi ki, hamının diqqətini özünə çəkdi. Muğamın ortasında bir də gördüm ki, mizrab qızıb barmaqlarımı yandırır. Sən demə, bu Xanın nəfəsi imiş. Onun nəfəsindən həmin od gəlirmiş. Mən onda bildim ki, Xan Azərbaycanda heç vaxt muğam oxumayıb. Muğam oxumaq nə imiş, orda göstərdi. Şah da yuxarıda özü üçün ayrılan hücrədə Xanı dinləyirmiş. Təsnif bitəndən sonra bir də gördük ki, ətrafda olan bütün adamların hamısı bir nəfər kimi ayağa durub əl çalır. Sən demə, onlar yuxarıda şahın ayağa duraraq əl çaldığını görüblərmiş.

 

Bir azdan sonra məclisi idarə edən adam bizə yaxınlaşdı və dedi ki, şah əmr verib, sizi xəzinəyə aparacağıq və ürəyinizdən nə keçirsə, götürə bilərsiz. Çünki şah deyib ki, əllərini nəyə uzatsalar, həmin o bəxşişi verin. DTK-ın adamı da bizimlədi. Göstəriş verir ki, nabadə qızıl, brilyant götürəsiz. Xəzinəyə daxil olanda divarda bir xalça gördük. Məclisi idarə edən adam Xana göz vurdu ki, bu xalını götürün. Xalça Hindistanda salınan bir xalça olub. Şah Abbas qənimət kimi onu İrana gətirib. Xan da onu seçdi. Həmən gəlib xalçanı düşürdülər, bağladılar ki, biz aparaq.

 

Bakıya gələndə həmin dövlət agenti dedi ki, bunu Mircəfər Bağırova hədiyyə aparaq. Biz də öz-özümüzə dedik ki, əşi, nə işimizə qalıb, bir xalçadı, aparır aparsın da. Hamımız birlikdə Bağırovun otağına gəldik. Agent nə olmuşdusa hamısını birə-bir danışdı. Bağırov xalçaya baxıb valeh oldu. Dedi, martda yoldaş Stalinin 70 illiyidir. Bunu ona hədiyyə aparacağam.

 

Biz də daha bir söz demədik. Deyilənə görə, Stalin öz 70 illiyində ona gətirilən bütün hədiyyələrin içində ən çox bu xalçanı bəyənib. Xalça da xalça deyildi e, elə bil ki, alışıb yanırdı”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda 400 milyon dollarlıq gəmi tikilir

Next Post

Pentaqon: “İŞİD ABŞ-da terrora hazırlaşır”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Pentaqon: “İŞİD ABŞ-da terrora hazırlaşır”

`Merkel faciəvi səhv edib`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.