"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Problemli kreditlərin məbləği gizlədilir?

11 Fevral 2016 - 09:57
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Problemli kreditlərin məbləği gizlədilir?

Rəsmi qurumlar tərəfindən bu məlumatlar nisbətən yumşaq şəkidlə ictimailəşdirilir, çünki…

Ölkədə problemli kreditlərlə bağlı vəziyyət kritik həddədir. Ekspertlər ödənilə bilməyən kreditlərin məbləğinin daha da artacağını proqnozlaşdırırlar. Həmçinin bildirilir ki, Mərkəzi Bank cəmiyyətdəki xofu aradan qaldırmaq üçün ödənilməyən, vaxtı keçmiş kreditlərin məbləğini azaldır. 
 
Rəsmi rəqəmlərə görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 508 milyon 500 min manata çatıb. Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatı 2015-ci ilin sonuna olan vəziyyəti əhatə edir. 2014-cü ildə vaxtı keçmiş kreditlərin məbləği 976 milyon 300 min manat idi. 2015-ci ildə məbləğ 532 milyon 200 min manat artıb. 
Bildirilir ki, 2015-ci ildəki problemli kreditlərin 840 milyon 200 min manatı milli valyutada olan kreditlərdir. Xarici valyutada olan kreditlərə gəlincə, bu sahədə vaxtı keçmiş kreditlər 2014-cü illə müqayisədə 208 milyon 800 min manatdan 668 milyon 300 min manata yüksəlib. 2015-ci ilin yanvar ayında xarici valyutada olan kreditlərin 204 milyon 400 min manatı vaxtı keçmiş kreditlər olub. Devalvasiyanın başlandığı fevral ayında bu rəqəm 314 milyon 500 min manata qalxıb, yüksələn xətt üzrə gedib, oktyabr və noyabr aylarında düşmə qeydə alınıb, ilin sonunda isə kəskin çoxalma baş verib.
Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, problemli kreditlərin həcmi sürətlə artacaq: “Əslində problemli kreditlərin həcmi heç də statistik rəqəmlərdə ifadə olunduğu kimi deyil. Bir çox hallarda banklar tərəfindən, rəsmi qurumlar tərəfindən bu məlumatlar nisbətən yumşaq şəkildə ictimailəşdirilir. Çünki bizim apardığımız müşahidələr, banklarla müzakirələr zamanı məlum olur ki, banklarda problemli kreditlərin həcmi 30 faiz həddindədir. Statistik rəqəmlərin aşağı göstərilməsində məqsəd bankların beynəlxalq kredit reytinqlərində mənfi çəkisinin azaldılmasının qarşısını almaqdır. Eyni zamanda panikanı, ictimaiyyətin hansısa formada kredit ödənişindən imtinasının qarşısını almaq məqsədi güdür. Yəni əslində real vəziyyət daha ağırdır.
Proses bundan sonra daha da dərinləşəcək. Baxmayaraq ki, son günlər banklar hansısa formada müştərilərə yeni əməkdaşlıq formaları, yeni şərtlərlə kredit, müəyyən yumşaq kredit siyasəti həyata keçirmək istiqamətində addımlar atırlar. Əvvəlki dövrlərdən də bu məsələ ilə bağlı fikirlərimizi ifadə etmişik ki, yaranmış böhranın nəticələrinin aradan qaldırılması üçün bu sahədə yükü bankların üzərinə bütövlükdə yönəltmək doğru deyil. Bu, bankların imkanları xaricindədir. Son devalvasiyadan sonra ölkədə vətəndaşların təxminən xarici valyuta məzənnəsindən zərəri 4 milyon manata yaxın oldu.
Bu yükü sadəcə bankların üzərinə yükləmək doğru deyil. Banklar bu yükün altından çıxa bilməzlər . Bu yükün vətəndaşın üzərində qalması da doğru yanaşma deyil. Baxmayaraq ki, manatın alıcılıq qabiliyyəti kəskin şəkildə itib, vətəndaşların manatla gəlirləri belə kifayət qədər azalıb. İnsanlar iş yerlərini itirirlər. İxtisarlar gün-gündən artır. Biznesin gəlirliliyi aşağı düşüb, faktiki olaraq bir çox sahələrdə ziyanla fəaliyyət göstərir.
Bu baxımdan, sahibkarın, yaxud vətəndaşın üzərinə bu yükü yükləmək də doğru deyil. Bu, mümkün deyil. Hökumət düşünürəm hansısa formada əlini daşın altına qoymazsa və vətəndaşlara yönəlik güzəşt, kompensasiya tədbirləri həyata keçirməsə, qısa müddət sonra kütləvi şəkildə ödənişlərdən imtina prosesi başlayacaq. Bu isə bank sektoru üçün heç də normal inkişaf vəd etmir. Bir məsələ isə ondan ibarətdir ki, bu problemin psixoloji tərəfləri də var. Əgər bir neçə vətəndaş müəyyən çətinliklərə baxmayaraq, bu borcu ödəmək iqtidarındadırsa, artıq psixoloji cəhətdən ”mən nə üçün ödəyim?”, deyib ödənişini dayandırır. Bir neçə ay ödəyə bilməyən vətəndaşın borc məbləği şişir, artır.
Bu məbləğin qarşısında kredit ödənişi tamamilə dayanır. Artıq bu mərhələlərin baş verdiyi bir keçid dövründəyik. Tədbirlər görülməsə, məhz kredit ödənişi ilə bağlı bank sektorunu çox ciddi problemlər gözləyir. Söhbət yalnız dollarla olan kreditlərdən getmir. Hətta insanlar milli valyuta ilə olan kredit borclarını belə ödəmək qabiliyyətini itiriblər. Hökumət tədbir görməsə, yaxın zamanlarda bank sektorunda ciddi silkələnmələrin, çöküşlərin şahidi olacağıq. Eyni zamanda bank sektorunun çöküşü ölkə iqtisadiyyatının maliyyə qaynağı sayılan əsas mənbənin kəsilməsinə gətirib çıxaracaq. Bu da növbəti dövrlərdə öz mənfi təsirini göstərəcək”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər” – “Foreign Affairs”

Next Post

`07` `Mercedes`dən də bərk gedir – DYP-nin radarı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`07` `Mercedes`dən də bərk gedir - DYP-nin radarı

Əliyev və Kaladze İrana gedir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.