
Bütün dünyada bir anda böyük maraqla və müəyyən qdəər qorxuyla qarşılanan İslam Ordusu İttifaqını yaradan ölkələr ilk dəfə olaraq bir araya gələcək.
Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin dekabrında qurulduğu elan edilən İslam Ordusu 35 ölkənin təmsilçiliyi ilə Əl-Riyadda ilk iclasına toplaşacaq. Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan və arasında Türkiyə də daxil olmaqla 35 ölkənin olduğu İslam Ordusunun komanda mərkəzinin ilk iclası mart ayında keçiriləcək.
İlk toplantıda Suriya və İŞİD-ə qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Məhəmməd bin Salman yeni qurumun İslama qarşı İslam İttifqı kimi tanınmasını istədiyini bildirib. Onun sözlərinə görə, bu qurum təkcə terror təşkilatı olan İŞİD-ə yox, bütün terror qruplaşmlarına qarşıdır.
İttifaqa İraq, Suriya və İran daxil edilməyib.



