"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlər bölgələri gəzir: Kəmaləddin Heydərov da Qəbələyə getdi

11 Fevral 2016 - 17:18
in XƏBƏR LENTİ

kamal-00-1.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 11-də Qəbələ rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

APA-nın xəbərinə görə, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, son illər rayonda həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Rayon rəhbəri bildirib ki, son illər Qəbələdə üzüm emalı zavodu, meyvə şirələri və şərab istehsalı zavodu, piano və lift istehsalı fabrikləri, iri heyvandarlıq kompleksləri və soyuducu anbarlar, quşçuluq təsərrüfatları, 18 müasir otel və istirahət mərkəzi, müxtəlif idman və əyləncə mərkəzləri inşa edilib və bunun nəticəsində minlərlə sakin daimi işlə təmin olunub.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar barədə məlumat verib.

Nazir dünyada baş verən iqtisadi böhrandan danışaraq qeyd edib ki, bu proseslər neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib: “Lakin dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar, qanunlara edilən dəyişikliklər onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirəcək və əhalinin sosial rifahı yüksələcək”.

K. Heydərov bildirib ki, Qəbələ rayonunun böyük turizm imkanları var. Rayonda turizmin inkişafı istiqamətində mühüm işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir. Nazir iş adamlarına Qəmərvan və Yengicə kəndlərindəki yeraltı müalicəvi mineral isti sulardan səmərəli istifadə etməyi tövsiyə edib. O, rayonda sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı üçün son illər görülən işlərin bəhrə verdiyini və bu istiqamətdə yeni layihələrin icrası üçün təkliflərin qəbul olunduğunu bildirib.

Nazir bildirib ki, prezidentin tapşırığı ilə yerlərdə keçirilən görüşlərdə məqsəd vəziyyətlə, əhalinin yaşayış səviyyəsi ilə daha yaxından tanış olmaq, problemləri, yerli iş adamlarının üzləşdikləri çətinlikləri öyrənib, onların həlli istiqamətində addımlar atmaqdır. O, ictimaiyyət nümayəndələrindən Qəbələnin inkişafı üçün təkliflər verməyə, müzakirədə fəal olmağa çağırıb.

Rayonun iş adamları və fermerlər çıxış edərək öz fəaliyyət sahələri barədə məlumat veriblər. Nic qəsəbə sakini olan fermer Ağalət Baxışov heyvandarlıq və quşçuluq üçün yem istehsalının artırılması və xırda istehsal sexlərinin yaradılması, sahibkar Ceyhun Eyvazov rəhbərlik etdiyi seyf qapı və məişət avadanlıqları istehsalı fabrikinin fəaliyyətinin genişləndirilməsi, iş adamı Abdulla Həşimov Vəndam xalçaçılıq sexinin inkişaf etdirilməsi, “ASPİ” Aqro” MMC-nin nümayəndəsi Əjdər Şəfizadə istehsal etdikləri şərab məhsullarının xarici ölkələrə ixracının təşkilinə köməklik, Səxavət Nəzirov bağçılığın inkişafına dəstək, Qurbanəli Daşdəmirov Yengicə kəndində rayonun əkin sahələrinin suvarılmasına kömək məqsədilə su anbarının inşası, Tofiq Şükürov balıqçılığın inkişafı, Oqtay Xankişiyev “Qəbələ-Quşçuluq”ASC-nin fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin açılması üçün dövlət tərəfindən maddi yardımın göstərilməsini təklif ediblər.

Görüşdə Qəbələ sakinlərinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın dinamik inkişafı və rayonda potensial imkanların hərəkətə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Nazir deyib ki, qeyri-neft sektorunun inkişafı üçün Qəbələnin torpaqlarından səmərəli istifadə edilməli, ixracyönümlü məhsulların istehsalına diqqət artırılmalıdır. Nazir həmçinin yaxın vaxtlarda Qəbələnin öz potensial imkanlarından səmərəli istifadə edərək, dotasiyadan çıxacağına ümid etdiyini bildirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı milyarder Türkiyə bankını alır – 300 milyon dollara

Next Post

Sürət həddini aşan sürücülərin cərimələnməsinin – Yeni qaydaları

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sürət həddini aşan sürücülərin cərimələnməsinin - Yeni qaydaları

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni qayda

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.