"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bələdiyyələr var ki, işçilərə maaş da verə bilmirlər” – Parlamentdə müzakirə

12 Fevral 2016 - 14:37
in CƏMİYYƏT MANŞET

 

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

“Bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Bələdiyyələr var ki, işçilərə maaş da verə bilmirlər”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Parlamentdə müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)” məruzə haqqında danışarkən deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrin bir çoxlarının Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat arası borcu var: “Onların büdcələrinə pul daxil olan kimi dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, Respublikada bələdiyyələrin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət köməyi edilməlidir. Qanunvericilik də buna imkan verir. Bunları nəzərə alaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır”.

A.Rəhimzadə qeyd edib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün dövlətdən vəsait almaq hüququna malikdir.

“Nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait yarılmayıb. Dövlət büdcəsində bununla bağlı müvafiq sətir də açılmayıb. Büdəcədə gərginliyi anlayırıq”.

Spiker Oqtay Əsədov isə çıxışında bələdiyyələrlə bağlı xoşagəlməz fikirlərin formalaşdığını deyib. Parlament ədri qeyd edib ki, bələdiyyələrin yalnız torpaq satması ilə bağlı səsləndirilən fikirlər bir kənara qoyulmalıdır:

“Bələdiyyələrə dəstək verilməli, onlara şərait yaradılmalıdır. Bunun qarşılığında isə onlardan da hərəkət olmalıdır. Lakin bələdiyyələr bunun müqabilində heç nə etmirlər. Necə ola bilər ki, bələdiyyələrin bəziləri yaxşı işləyir, bəziləri pis. Demək ki, bu iş başdan yaxşı qurulmayıb. Bələdiyyələrin hesabatını formal bir hesabata çevirməyək. Bizim onlara dəstək verməyimiz üçün onların özündə də təşəbbüs gəlməlidir”.

“Bir neçə ildir ki, bələdiyyələr tənqid və qınaq predmetinə çevrilib. Guya onlar torpaqsatan və vətəndaşların inamı itirən qurumlardır. Bəlkə də əvvəllər bununla razılaşmaq olardı, lakin indiki zəmanədə bununla qəti razı deyiləm”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov parlamentdə bələdiyyələrlə bağlı müzakirələr zamanı bildirib.

“Digər yerli vergi və ödənişlər üzrə daxilolmalar artıb. Bu da o deməkdir ki, bələdiyyələr özünün əsas vəzifəsini dərk etməyə başlayıb. Artıq bütün var-güclərini və resurslarını vergi ödənişlərinin yığılmasına səfərbər ediblər. Eyni zamanda, 2015-ci ildə fiziki şəxslərin əmlak vergisindən 2014-cü illə müqayisədə 19,8 faiz artım olub. Nəzərə alaq ki, keçən ildən bütün ödəmələr bələdiyyələrə nağdsız şəkildə həyata keçirilir. Bələdiyyələrin konstitasion qurum olmasını heç kim unutmamalıdır”.

K.Bayramov qeyd edib ki, bələdiyyələrin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirləri qəti qəbul etmir: “İndiki halda onlar vergini yığa bilmirsə, yeni səaliyyətlər verilsə də bunu yenə də yarımçıq edə biləcəklər. Əsas məsələ odur ki, onlar indiki mövcud yerli vergi və ödənişləri tam şəkildə yığa bilsinlər ki, dövlət onlara etibar edib yeni səlahiyyətlər verə bilsin. Bələdiyyə vergiləri mütləq şəkildə yığılmalıdır. Bunun üçün də vətəndaşlar vergini tam vaxtında ödəməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu qəsəbə şəhrə çevrilir

Next Post

Erməni çobanı kim öldürüb – Müdafiə Nazirliyi

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Erməni çobanı kim öldürüb - Müdafiə Nazirliyi

Sahibkarlar vergidə üzləşdikləri qanunsuzluqlardan prezidentə yazdılar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.