"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Böyük Britaniyadan Ermənistana ağır zərbə

13 Fevral 2016 - 08:40
in XƏBƏR LENTİ

London şəhərində Azərbaycan və Böyük Britaniya Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Azərbaycan XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, siyasi məsləhətləşmələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya nümayəndə heyətinə isə Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqton başçılıq edib.

Siyasi məslələtləşmələrdə Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, Azərbaycan-Böyük Britanya Birgə Hökumətlərarası Komissiyasının 11 fevral tarixində London şəhərində keçirilmiş ilk iclasının ölkələrimiz arasında qeyri-enerji sahələri başda olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan xarici işlər nazirinin müavini X.Xələfov ilk dəfə bu formatda keçirilən siyasi məsləhətləşmələrin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu və bu formatın ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsinə imkan yaratdığını nəzərə çatdırıb. İki ölkə arasında yüksək səviyyəli siyasi təmasların, xüsusilə də Böyük Britaniyadan Azərbaycana yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli əməkdaşlığı dərinləşdirmək baxımından vacibliyini diqqətə çatdırıb. Nazir müavini humanitar və mədəni sahələrdə əməkdaşlığın mövcud səviyyəsinin qənaətbəxş olduğunu və bu sahələrdə əməkdaşlığı dərinləşdirmək istiqamətində geniş potensialın olduğunu nəzərə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunan X.Xələfov Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə əlaqədar mövqeyini yüksək qiymətləndirib. Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərin qarşısının alınması istiqamətində Böyük Britaniya tərəfindən müvafiq addımların atılmasının zəruriliyini vurğulayıb.

Dövlət naziri D.Lidinqton Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edib və dinamik inkişaf edən ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından geniş potensialın olduğunu nəzərə çatdırıb. Böyük Britaniyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla ərazi bütövlüyünə dəstəyinin bundan sonra da qətiyyətli şəkildə davam edəcəyini qeyd edən D.Lidinqton ölkəsinin qondarma separatçı rejimi tanımadığını və bu rejimlə rəsmi səviyyədə hər hansı təmasının olmadığını ifadə edib.

D.Lidinqton, həmçinin Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfəni, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müsbət fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Siyasi məsləhətləşmələr çərçivəsində, həmçinin Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya regionunda cərəyan edən geosiyasi proseslər, Yaxın Şərq, xüsusilə Suriyada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən danışıb

Next Post

`The Independent` qəzeti bağlanır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`The Independent` qəzeti bağlanır

Cahangir Hacıyev 40 milyon dolları Ermitajda batırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.