"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dollar kreditləri məsələsi dalana dirənib

13 Fevral 2016 - 10:01
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Dollar kreditləri məsələsi dalana dirənib

Ekspertlər hökuməti məsuliyyəti üzərinə götürməyə çağırır, ancaq…

Dollar kreditləri ilə bağlı problem həll olunmadan qalmaqdadır. Ekspertlər dəfələrlə vəziyyətdən çıxmaq üçün təkliflər versələr də, problem ciddiliyini qoruyur. Bu səbəbdən ölkədə geri qaytarıla bilməyən kreditlərin həcmi kəskin artıb. Üstəlik, bank sistemi daha da çətin duruma düşüb. Ekspertlər sonunda dövlətin məsələyə müdaxiləsini vacib sayırlar.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, problemin həllini tapmamasından hər iki tərəf, həm vətəndaşlar, həm də banklar uduzurlar: “Qərarsızlıqdan və hər hansı tədbirlərin görülməməsindən hər iki tərəf uduzur. Banklarda onsuz da problemlər var. Kreditlərin ikinci devalvasiyadan sonra geri dönməsi xeyli ləngiyib. Artıq problemli kreditlərin həcmi 1,5 milyard manata çatıb. Keçən ilin yanvarında bu rəqəm 900 milyon manat idi. Problemli kreditlər az qala iki dəfə artıb. Getdikcə də artmaqda davam edir. Hökumət məsələlərin normal həllini tapmaq istəmir, məsələni uzatmaqla hər iki tərəfdə problemlərin yaranmasına səbəb olur. Vətəndaşlar da gəlirlərini itirirlər. Ölkədə onsuz da iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib. İş yerləri bağlanır, gəlirlər azalır, kreditlərin ödənməsində problemlər yaşanır. Vətəndaşlar bunu ödəyə bilmirlər. Ona görə də hər iki tərəfi qane edə biləcək formul tapmağı hökumət bacarmalıdır. Hökumət hətta aylar öncə, devalvasiyadan sonra bununla bağlı addım atmalı idi. Təəssüf ki, etmədi. Hazırda ölkə bankları çox ağır durumdadır. Xarici borcların həcmi kəskin artıb. Banklar da getdikcə müflis olur, bu sahədə problemlər artacaq. Banklar öz borclarının qaytarılmasında ciddi problemlərlə qarşı-qarşıya qalacaqlar. Vətəndaşlar da kreditlərini geri qaytarmaqda problem yaşayırlar.
Ona görə də mütləq sonunda dövlət və Mərkəzi Bank müəyyən bir qərar verməlidir. Bu qərar iki tərəfi də az da olsa qane edən bir qərar olmalıdır. Bu problemdən çıxış yollarının tapılması yönündə bir yol xəritəsi olmalıdır. Hökumət nə qədər çox gecikirsə, bunun dövlət büdcəsinə yükü daha çox olacaq. Dövlət yardımı olmadan bu problemin həlli mümkün olmayacaq. Ya problemli kreditlər silinməlidir. Ya banklara müəyyən yardımlar olunmalıdır. Banklara ən azından uzunmüddətli və çox aşağı faizli kreditlər vermək olar. Valyuta kreditləri vermək olar ki, borclarını ödəsinlər. Vətəndaşlarla razılığa gəlsinlər, kredit müqaviləsi şərtlərinə yenidən baxsınlar və sair.
Heç bir qərar verilmədikcə, məsələ uzandıqca, həm bankların problemləri artacaq, həm vətəndaşlar kreditlərin ödənilməsində daha çox problem yaşayacaqlar. Ödənişlər daha çox azalacaq. Ona görə də bu məsələnin çözülməsində dövlət büdcəsindən başqa mənbə yoxdur. Dövlət büdcəsinin özündə də problemlər yaşanır. Ölkənin gəlirləri xeyli dərəcədə azalıb. Çıxılmazlığa oxşar bir vəziyyət yaranıb. Səbəbi odur ki, ilk devalvasiyadan sonra müəyyən yol xəritəsi işlənib hazırlanıb təqdim olunsaydı, vəziyyət bu qədər kəskinləşməzdi. Zaman keçdikcə bu problemlər daha da artacaq”.
Qeyd edək ki, ötən il ərzində valyuta ilə olan problemli borclar 500 milyon manatdan çox artıb. Ekspert Qubad İbadoğlu bildirib ki, hökumət təcili tədbirlər görməsə, bu problem bütövlükdə bank sektorunu çökdürə bilər. Mərkəzi Bankın açıqladığı son məlumata görə, bu ilin əvvəlinə iqtisadiyyata cəmi kredit qoyuluşunda vaxtı keçmiş problemli kreditlərin ümumi məbləği 1,5 milyard manatı ötüb ki, onun da 55,7 faizini manatla, 44,3 faizini isə dollar ilə olan kreditlər təşkil edib. Ötən ilin əvvəlində bu göstərici 80 faizin 20 faizə nisbətində böyük üstünlüklə manatın xeyrinə idi. Problem borcların valyuta növləri üzrə struktur təhlili göstərir ki, ümumi həcmdə il ərzində baş verən 50 faizlik artımda valyuta ilə olan problemli borcların payı 95 faizdən çoxdur. 1 il ərzində valyuta ilə olan problemi borcların həcmi 500 milyon manatadək artıb. Q.İbadoğlu qeyd edib ki, əgər valyuta ilə olan borclar problem həll olunmazsa, son nəticədə bu səbəbdən problemli kreditlərin cəmi kreditlərdə payı kəskin artacaq. Bu, bütövlükdə bank sektorunun ziyanının çoxalmasına və maliyyə mötəbərliliyinin azalmasına gətirib çıxaracaq.
 
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, Mərkəzi Bankın “maliyyə intizamının pozulacağı” şüari ilə kredit götürənlər üçün yaranan əlavə 3,8 milyard manat xərci kompensasiya etməməsi təəssüf doğurur:“Problemli kreditlərinin həcmi artır və bu da bank sektorunda yeni defolt təhlükəsi yarada bilər”.
Ekspert Rəşad Həsənov isə qeyd edib ki, hökumət təkcə dollarla yox, milli valyuta ilə olan kreditlərin ödənilməsi ilə bağlı da güzəştlər düşünülməlidir. Əhalinin gəlirləri azalıb, iş yerləri bağlanıb, işsizlik artıb. Manatla olan kreditlərin ödənilməsində də problemlər var. İqtisadi böhran vətəndaşların günahı deyil, bu baxımdan hökumət əhali üçün güzəştlər tətbiq etməlidir.
Milyardlarla vəsait ölkəyə daxil olub və bu vəsaitlər Maliyyə Nazirliyi ilə Mərkəzi Bank tərəfindən xərclənib. Maliyyə pozuntusundan o zaman danışmaq lazım idi. Dünya təcrübəsi onu göstərir ki, böhran durumunda hökumət məsuliyyəti öz üzərinə götürür. Azərbaycanda isə bu, baş vermir”- deyə ekspert vurğulayıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təhlükədə olan banklar birləşmək istəmir

Next Post

Elman Rüstəmov niyə istefa veribmiş?.. – Şok təfərrüatlar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Elman Rüstəmov niyə istefa veribmiş?.. - Şok təfərrüatlar

Azərbaycan velosiped istehsalına hazırlaşır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.