Formula-1 yarışlarının ən güclü pilotu olan Mixail Şumaxerin ailəsi onun müalicəsi üçün artıq pul tapmaqda çətinlik çəkir. 2013-cü ildə Alpa dağlarında xizək sürərkən qəzaya düşən pilotun sağ qalması üçün həftəlik xərcləri 191 min avrodur.
Pilotun həyatda qalmasında maraqlı olan Ferrari, Mersedes və başqa 3 sponsor şirkət artıq xəstəxana xərclərini dayandırıblar. Mixailin özünə məxsus olan bir neçə mülk isə satışa çıxarılıb.
Qeyd edək ki, qəzaya düşəndən bu günə qədər ayrı-ayrı vaxtlarda Formula-1 əfsanəsinin ölümü ilə bağlı xəbərlər yazılıb. Lakin o, süni də olsa nəfəs alır və hazırda xeyli arıqlayaraq 45 kiloya düşüb.




