Türkiyə Suriyaya hərbi qüvvə göndərməyi planlaşdırmır.
Elchi.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bildirib. Onun sözlərinə görə, terrorçu PKK və PYD qruplaşması tərəfindən Türkiyənin Kilis bölgəsinə, Dəmirişıq sərhəd polis şöbəsinin binası top atəşinə tutulub və döyüş qaydalarına uyğun olaraq onlara cavab atəşi açılıb: `Əlavə torpaq, yer qazanmaq istəyənlər Türkiyənin təhlükəsizliyini təhdid etdiyindən, biz də onlara qarşılıq veririk`.
Nazir əlavə edib ki, terrorçu PKK-nın Suriyadakı qolu olan PYD-nin müxtəlif əraziləri ələ keçirməsi Türkiyəyə əlavə köç axını deməkdir: `Qanunsuz mühacirət isə həm Türkiyə, həm də Avropanın təhlükəsizliyini təhdid edir. `





