Norveçin təhlükəsizlik orqanı olan PST ölkənin təhlükəsizliyinə dair hazırladığı hesabatda Rusiyanın Norveç üçün təhdid olduğu açıqlanıb.
Avropa.info xəbər verir ki, hesabatda Rusiyanın Norveçdən kəşfiyyat məlumatları əldə etdiyi iddia edilib.
Rusiyanın Norveçdəki səfirliyi isə hesabata sərt reaksiya verib. Səfirliyin yaydığı açıqlamada PST-in bu hesabatından məyus olduqları bildirilib.
“Norveç rus kəşfiyyatının Norveçdən kəşfiyyat məlumatı əldə etdiyini iddia edir. Bu iddialar iki ölkə arasında yaxşı əlaqələrin olduğu bir vaxta dilə gətirilir. Xüsusilə də, Rusiyadan Norveçə gələn qaçqınların geri qaytarılmasının müzakirə edildiyi bir vaxtda. Bu hesabat sadəcə dünyada Rusiyanın imicini mənfi göstərmək xarakteri daşıyır”, – deyə Rusiya tərəfinin bəyanatında qeyd olunub.