Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri sabah Türkiyənin İncirlik hərbi bazasına göndəriləcək.
Bu barədə Türkiyənin Müdafiə naziri İsmət Yılmaz məlumat verib.
“Hazırda Səudiyyə Ərəbistanının döyüş təyyarələri İncirlik bazasına gəlməyib. Ancaq şəraitlə tanış olmaq üçün nümayəndələr bazada olub. 4 ədəd F-16 təyyarəsinin gələcəyinə qərar verilib. Ola bilər ki, sabah gəlsinlər. Amma prinsipcə razılığa gəlmişik”, – nazir qeyd edib.




