Rusiyanın “Avtovaz” şirkətinin mətbuat xidmətinin verdiyi məlumata görə, 15 fevral 2016-cı ildən etibarən zavodda işləyən fəhlələrin iş müddəti qısaldılaraq 4 günə endiriləcək.
Avropa.info xəbər verir ki, iqtisadi böhran üzündən qısaldılan iş həftəsi nəticəsində fəhlələrin maaşında da 20% azalma olub. Şirkətdən bildiriblər ki, qərar “Avtovaz”ın gücləndirilməsi, sosial təminatın qorunub saxlanılması məqsədilə qəbul edilib. Bununla da fəhlələrin kütləvi ixtisarının qarşısı alınacaq.
Ehtiyata hissələrinin Türkiyədən alan “Avtovaz” Rusiyanın qoyduğu embarqo üzündən problemlər yaşamışdı.
Rusiya baş nazirinin müavini Dmitri Roqozin keçən həftə verdiyi açıqlamada “İndiyə qədər bu ehtiyat hissələri Türkiyədə istehsal olundu. Ehtiyat hissələrin Serbiya sənayesi tərəfindən istehsal olunduğunu da bilirik. Bu serb sənayesinə ciddi dəstək ola bilər” – demişdi.




