“ABŞ Ankarada törədilən terroru kəskin şəkildə qınayır”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays ötən gün Türkiyənin paytaxtı Ankarada törədilən terror aksiyasına münasibət bildirərkən deyib.
“Terror hadisəsinə qarşı mübarizədə NATO-dakı müttəfiqimiz Türkiyə ilə güclü ortaqlığımızı bir daha təsdiqləyirik”, – o, vurğulayıb.
ABŞ-ın müdafiə naziri Eşton Karter də törədilən terrorla bağlı Türkiyəyə başsağlığı verib: “Türk dostlarımızla terrora qarşı mübarizədə həmrəyik. Bu istiqamətdə əməkdaşlığımız dərinlşəcək”.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror nəticəsində 29 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.