Türkiyədə daha bir terror aktı törədilib.
Türkiyə KİV-ləri xəbər verir ki, terror aktı Diyarbəkirin Lice qəsəbəsində baş verib.
Yolda quraşdırılan partlayıcı qurğu hərbi maşının keçişi əsnasında işə düşüb.
Hadisə nəticəsində xeyli sayda insanın öldüyü və yaralandığı bildirilir.
Əraziyə təcili yardım maşınları cəlb edilib. Hazırda faktla bağlı araşdırma aparılır.




