Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə prezident İlham Əliyev Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdiyini xatırladıb.
Ölkə başçısı Ərdoğanın Azərbaycana gələ bilməməsini anlayışla qarşıladığını bildirib: “Ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də Türkiyənin yanındadır”.
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının vacibliyindən danışan prezident iclasın yaxın zamanda keçiriləcəyini qeyd edib.
M. Çavuşoğlu başsağlığı diləklərinə və dəstəyə görə İlham Əliyevə təşəkkür edib.



