"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Baş qərargaha zərbə: İzlər Suriyanın şimalına aparır…

18 Fevral 2016 - 13:45
in XƏBƏR LENTİ
Baş qərargaha zərbə: İzlər Suriyanın şimalına aparır...

Ankaradanın mərkəzində, hökumət kvartalında partlayıcı yüklənmiş avtomobillə törədilən, Türkiyə silahlı qüvvələrinin Baş qərargahında xidmət edən onlarla zabitin və mülki şəxsin həlak olması ilə nəticələnən terror aktında izlər Suriyanın şimalına aparır.
Virtualaz.org xəbər verir ki,  Türkiyə hüquq-mühafizə orqanları terror aktının kim tərəfindən törədildiyinə dair hələlik rəsmi məlumatla çıxış etməyiblər. Həmişə olduğu kimi bu haqda əvvəlcə KİV-lər məlumat yayırlar.
Bu məlumatlara əsasən Silahlı Qüvvələrin Baş qərargahının, hava və quru qoşunlarının komandanlıqlarının, generallar və admirallar üçün nəzərdə tutulmuş şəhərciyin bir neçə yüz metrliyində törədilən, azı 28 nəfərin həlak olduğu, 61 nəfərin yaralandığı terror aktını törədən Suriyanın şimalındakı YPG kürd silahlı təşkilatına bağlı Salih Necar adlı kürddür.
O, bir müddət əvvəl suriyalı qaçqınlarla birlikdə Türkiyə ərazisinə keçib, terrorçularla əlaqəsinin olduğundan şübhələnən Türkiyə polisi onun barmaq izlərini götürüb.
Bildirilir ki, terror aktını törətmək üçün istifadə olunan avtomobil ağ rəngli. Son model “Volkswagen Scirocco” avtomobilidir. Videomüşahidə kameralarının qeydə aldığı görüntülərdə həmin avtomobilin Baş qərargahın işıqforda dayanmış servis avtobuslarına arxadan yaxınlaşdığını və partladığını görmək olur.
Məlum olub ki, avtomobil 15 gün əvvəl İzmirdə kirayə götürülüb, ancaq daha sonra avtomobil kirayəsi ilə məşğul olan şirkətə geri qaytarılmayıb və avtomobilin oğurlandığı barədə polisə məlumat verilib. Videomüşahidə kameralarındakkı görüntülər həmin avtomobilin fevralın 11-də saat 13 radələrində partlayışın törədildiyi ərazidə olduğunu qeydə alıb.
Avtomobilin üzərində saxta dövlət nömrə nişanı olub. Bildirilir ki, avtomobil 10 gündür Ankarada imiş. Bu da terror aktına ən azı həftələrdir hazırlıq getdiyini göstərir. Başqa sözlə, terror aktının Türkiyə artilleriyasının ötən həftə Suriyanın şimalında YPG qüvvələrinə endirdiyi zərbələə cavab olaraq törədildiyi versiyaları ağlabatan deyil.
O da məlum olub ki, Ankara terror hücumundan bir neçə saat əvvəl İraqın şimalındakı kürd siyasi təşkilatı PYD-yə bağlı Demokratik Suriya Qüvvələri (DSG) adlı təşkilat Türkiyə ordusunun artilleriya zərbələrinə cavab veriləcəyini bildirib. DSG-nin liderlərndən Əbu Ömər Türkiyə artilleriyasının zərbələri nəticəsində itki vermədiklərini, ancaq bu hücumların cavabsız qalmayacağını deyib.
PYD Suriyanın şimalında, Fırat çayının sol sahilindəki kürd kantonlarına nəzarət edir. Çayın sağ sahilindəki kürd kantonları isə YPG-nin nəzarətindədir. Suriyanın şimalındakı kürd kantonlarının birləşməsi və beləliklə də Türkiyənin sərhədi boyu daha bir faktiki kürd muxtar bölgəsinin meydana çıxması üçün əsas maneə strateji əhəmiyyətli Azez qəsəbəsidir.
Türkiyə bu qəsəbənin kürdlərin əlinə keçməsinə imkan verməyəcəyini bildirir. Lakin bu gün gələn xəbərlərə görə kürdlər hər iki tərəfdən Azezə doğru yaxınlaşıblar və Türkiyə artilleriyasının sərhədin bu tayından endirdiyi zərbələrə baxmayaraq qəsəbəni tutmaq üzrədirlər. Qəsəbədə Azad Suriya Ordusunun türkmən batalyonları döyüşür.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ankara terrorunu rus mətbuatı belə işıqlandırdı

Next Post

Eşton Karter: “Bəşər Əsədi dəstəkləmək Rusiyaya baha başa gələcək”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Eşton Karter: "Bəşər Əsədi dəstəkləmək Rusiyaya baha başa gələcək"

Rusiya Ankaradakı terroru pislədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.