"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın qapıları ABŞ-ın donor təşkilatlarının üzünə hələ də bağlıdır

19 Fevral 2016 - 08:37
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Azərbaycanın qapıları ABŞ-ın donor təşkilatlarının üzünə hələ də bağlıdır

Arzu Abdullayeva: “Ümid edirik ki, bu anlaşılmazlıq aradan götürüləcək”

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə  koordinatoru Əvəz Həsənov “Amerikanın səsi”nə müsahibəsində ölkədə vətəndaş cəmiyyətinin durumu, qarşılaşdığı çətinliklər, beynəlxalq donor təşkilatlarının Azərbaycanda fəaliyyətinin məhdudlaşdırılması və vəziyyətdən çıxış yollarından danışıb.
Ə.Həsənov deyib ki, Azərbaycanda 2014-cü il fevralın 4-dək beynəlxalq təşkilatların fəaliyyəti üçün bütün şərait var idi. Yəni onlar öz layihələrini sərbəst icra edə  bilirdilər, Azərbaycanda olan beynəlxalq təşkilatların tərəfdaşları o layihələrə qoşula bilirdi, eyni zamanda onlar dövlətlə görüşə bilirdi.
 
2014-cü ilin fevralından sonra artıq Azərbaycanda vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar üçün bir dönüş olub: “Həmin beynəlxalq təşkilatlar dövlətin layihə qeydiyyatı qadağasından sonra demək olar ki, Azərbaycanda iş imkanını itirdilər. Bütün layihələr, həmin təşkilatların təşəbbüsləri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməli idi. Qeydiyyat məsələsi əvvəllər də var idi, sadəcə, dövlət onun üzərində o qədər də durmurdu. 2004-cü ildən həmin qeydiyyat prosesi var idi, sadəcə, həmin qeydiyyat bir az xəbərdarlıq xarakteri daşıyırdı. Ancaq 2014-cü ilin fevralından sonra bu qətiləşdi.
İndiki son qanunvericiliyə birbaşa yox, qaydalar vasitəsilə edilmiş dəyişikliklər nəzərə alınmasa idi, normal bir qanunvericilik idi. Yəni 2013-cü ildə Venesiya Komissiyasının nümayəndələri Azərbaycana gəlmişdi, onlar vətəndaş cəmiyyətinin üzvləri ilə görüşürdülər, bizim ciddi iradlarımız olanda bildirirdilər ki,  sizin qanunvericiliyin bəzi maddələri Şərqi Avropa ölkələrinin qanunvericiliyindən götürülmüş maddələrdir. Ciddi bir iradlar yox idi. Yəni qanunvericilik QHT-lərin qeydiyyatı üçün bütün şəraiti yaratmışdı. Ancaq sadəcə, bu son qaydalar onu bir az məhdudlaşdırdı”.
Ə.Həsənov bildirib ki, nəticədə vaxtilə insan hüquqları, demokratiya, seçki məsələləri ilə məşğul olan təşkilatlar Azərbaycanda öz fəaliyyətlərini nəinki məhdudlaşdırıblar, hətta Azərbaycanda olan bütün ofislərini və proqramlarını bağlayıblar. Həmin təşkilatların Azərbaycanda insan hüquqları və  yaxud seçkilərlə bağlı tədbir keçirmək şansları yoxdur: “Demək olar ki, 2014-cü ilin əvvəlindən ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır. Onlara, beynəlxalq QHT-lərə, donorlara qarşı olan cinayət işinə həmin təşkilatların, onların tərəfdaşlarının cəlb olunması onları qorxutdu. Çünki beynəlxalq təşkilatlarla, xüsusən amerikalı donorlarla işləyən elə bir Azərbaycan təşkilatı yoxdur ki, istintaq prosesində ifadə verməsin. Ona görə də onlar ofislərini bağladı. Mən hesab edirəm ki, Azərbaycanda QHT-lərin fəaliyyətini dəstəkləyə biləcək beynəlxalq donorların əsas istiqamətləri məhz insan hüquqları, demokratiya, azadlıq, sərbəst toplaşmaq azadlığı, seçkilər idi. Qalan məsələləri də Azərbaycan hökuməti özü maliyyələşdirirdi. Yəni, Azərbaycan hökuməti özü qalan bütün humanitar, sosial, iqtisadi layihələri maliyyələşdirirdi. İndi o beynəlxalq təşkilatlar gedəndən sonra qeyd olunan insan hüquqları, demokratiyaya bağlı məsələlərin layihələşdirilməsi, maliyyələşdirilməsi çox çətinləşib”.
Tanınmış QHT rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva “Yeni Müsavat”a bu mövzuda açıqlamasında bildirdi ki, QHT-lərin durumu 2014-cü ilin fevralından sonra daha da pisləşib. QHT-lərlə bağlı qanunların sərtləşdirilməsi nəticəsində onlarla tərəfdaşlıq eləyən beynəlxalq təşkilatlar ölkədən getməyə məcbur olublar: “O zamandan çox ağır dövr başlandı, bir çox QHT-lərin hesabı bağlandı, beynəlxalq xarici fond və təşkilatlardan qrant almaq mümkün deyil. QHT-lər biznes təşkilatı deyil və ancaq qrantla fəaliyyət göstərirlər. Xarici donorlardan qrant ala bilməmələri Azərbaycanda QHT sektorunu, vətəndaş cəmiyyəti institutunu həddən artıq zəiflətdi. Ən böyük zərbə alan müstəqil QHT-lərdir”.
Hakimiyyətin QHT-lərin dünyaya qapısını nədən bağladığına gəlincə, A.Abdullayeva dedi ki, bunun bir neçə səbəbi var: “Azərbaycan bütün məsələlərdə olduğu kimi QHT-lərlə bağlı da Rusiyanın atdığı addımları, qəbul etdiyi qanunları kopyalayır. Rusiya hökuməti müstəqil QHT-lərə qarşı kampaniya başladı, QHT rəhbərləri agent adlandırıldı və ardınca da QHT-lərlə bağlı qanunlar sərtləşdirildi. Az sonra Azərbaycan hökuməti də eyni davranışı təkrarladı. Azərbaycan hökuməti Ukraynadakı Maydan hadisələrindən sonra əndişə keçirirdi ki, vətəndaş cəmiyyəti burada da hökumətə qarşı qüvvəsini toplaya və burada da Ukraynadakı hadisələr təkrarlana bilər. Halbuki Azərbaycanda bunun üçün zərrə qədər də əsas yox idi. Hökumət əsassız yerə qorxuya düşmüşdü və bu qorxunun təsiri altında da QHT-lərlə bağlı qanunlara məhdudlaşdırıcı əlavə və dəyişikliklər etdilər. Nəticədə Azərbaycanın qapıları beynəlxalq donorların üzünə bağlandı və Azərbaycanda QHT sektoru acınacaqlı duruma düşdü. Bunun zərərini isə zaman keçdikcə ölkəmiz də görür. Azərbaycan iqtidarı beynəlxalq donor təşkilatlarını ölkədən çıxaranda və qapıları onların üzünə bağlayanda fikirləşmirdi ki, bunun cavabı sanksiyalar, ölkənin beynəlxalq səviyyədə sıxışdırılması ola bilər”.
QHT rəhbəri təəssüflə vurğuladı ki, bu vəziyyətin düzəlməsi üçün hələlik hökumət tərəfindən hansısa addımların atılması müşahidə edilmir: “Buna baxmayaraq, ümid edirik ki, bu anlaşılmazlıq aradan götürüləcək, qapadılan qapılar açılacaq. Biz hətta bunun üçün dialoq da təklif eləmişik. Ancaq təəssüf ki, hökumət bu dialoqa hazır deyil. Bu barədə Avropa Şurası, Avropa Birliyi də səylər göstərir. İnşallah, baxaq görək onların səyləri müsbət nəticələnəcəkmi”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Hakimiyyət Müsavatın indiki rəhbərliyinin qələbəsini təmin etdi”

Next Post

Yeni büdcə sahibkarların cibinə “yüklənir”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yeni büdcə sahibkarların cibinə “yüklənir”

Futbolçu Putinin şəklinə görə 300 min cərimələndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.