Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Türkiyə və Əsədlə bağlı açıqlamalar verib.
Avropa.info xəbər verir ki, Çurkin Türkiyə ilə Ruisiya arasında hərbi qarşıdurmanın olmayacağına ümid etdiyini deyib.
Suriya diktatoru Bəşər Əsədin gələcəyi ilkə bağlı danışan Çurkin ABŞ rəsmilərinin Əsəd məsələsində “yumşaldığını” bildirib. Çurkin həmçinin, Bəşər Əsədin son açıqlamalarını da qınayıb. O deyib ki, Əsədin açıqlamaları Rusiyanın Suriya məsələsini diplomatik yollarla həll etməsinə zərbə vurur.
Rus diplomat Suriya böhranının yeni dünya müharibəsinə səbəb olmayacağını da qeyd edib.
“Ümid edirəm ki, yeni müharibə olmaz. Proseslərin Rqlobal qarşıdurmayausiya, ABŞ, NATO və digərləri arasında qlobal qarşıdurmaya səbəb olmayacağını, bununla da dünyanın yeni 3-cü dünya müharibəsi yaşamayacağını düşünürəm. Suriya müharibəsini daha 5 il davam etdirmək olmaz. Bui Suriya xalqı üçün fəlakət olardı. Suriya höpkuməti də, atəşkəsi qəbul etməlidir. Əsəd düşünürsə ki, mütləq zəfər əldə edilənə qədər vuruşmaq lazımdır, onda bu müharibə daha uzun sürəcək. Bu mənim şəxsi fikirimdir. Əsədin açıqlamalarını eşitdim. Bu bəyanat, Rusiyanın diplomatik səyləri ilə ziddiyyət təşkil edir. Ancaq bu açıqlamalara böyük əhəmiyyət verilməməlidir. Əsəd açıqlamalarına diqqət etməlidir. Rusiya bu böhranda siyasi, diplomatik, hərbi səy göstərir. Bu səbəbdən də Əsəd hadisələrə uyğun reaksiya verməlidir” deyə Çurkin bildirib.