"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda beynəlxalq tədbir keçirilir – Fotolar

20 Fevral 2016 - 12:23
in XƏBƏR LENTİ

Bu gün Bakıda Birinci Milli BMT Modeli Konfransına start verilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Ercan Murat, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, çoxlu sayda gənclər və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bu konfransın gənclərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, gənclər Azərbaycanın gələcək inkişafı üçün əsas qüvvədir: `Müxtəlif ölkələrin fərqli maraqları və prioritetləri var. Bizim prioritetimiz təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Gənclər dövlətin mövqeyinin möhkəmləndirilməsinə və həm milli, həm də beynəlxalq səviyyədə ölkənin inkişafına mühüm töhfə verə bilər`.

Nazir vurğulayıb ki, bu konfrans gəncləri yeni fəaliyyətə və yeni nailiyyətlər əldə etməyə həvəsləndirəcək: “Bu təcrübə gəncləır üçün vacib əhəmiyyət kəsb edir. Bu yeni ənənənin Azərbaycanda başlamasına çox şadıq”.

Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Ercan Murat bildirib ki, Azərbaycan gənclər siyasətinə mühüm əhəmiyət verir: “Biz Azərbaycan gənclərinə gələcəyi müzakirə etmək və yeni ideyalar irəli sürmək üçün bir platforma yaradırıq”.

Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də tədbirin əhəmiyyətindən danışıb və bu yeni ənənənin Azərbaycanda başladılmasının gənclərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir Azərbaycanın beynəlxalq təşkilatlardakı, o cümlədən UNESCO-dakı fəaliyyətindən danışıb. Ə.Qarayev bildirib ki, Azərbaycan UNESCO-nun fəaliyyətinə mühüm töhfə verir, o cümlədən mədəni irsimizin qorunması üçün xeyli işlər görüb. Nazir əlavə edib ki, Azərbaycan mədəniyyətlər arası dialoqun inkişafına töhfə verir və ölkəmiz bu istiqamətdə bir çox beynəlxalq tədbirlərə və forumlara ev sahibliyi edir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu konfransın Azərbaycanda keçirilməsi mühüm vərdişlər əldə etməsinə kpmək edəcək kiŞ bu da gənclərin gələcək inkişafı üçün xeyli faydalı olacaq.

Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, münaqişələri həll edirlər.

Bu istiqamətdə artıq bir sıra işlər görülmüş – ali təhsil müəssisələrində BMT Modeli haqqında təqdimatlar keçirilmiş, MUN klubları yaradılmış, universitet səviyyəsində və universitet arası konfranslar təşkil edilmişdir. Sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılmışdır.

Konfrans çərçivəsində BMT-nin 5 komitəsinin işi simulyasiya ediləcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Çin klubundan`Qarabağ`a 3 milyonluq təklif

Next Post

Saxta dollar kəsənlər Ali Məhkəməyə müraciət edib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Saxta dollar kəsənlər Ali Məhkəməyə müraciət edib

Rusiya: “Türkiyənin müdaxiləsi təhlükəlidir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.