"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İllik kartof ehtiyacımız 1,4 milyon tondur

20 Fevral 2016 - 13:03
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İllik kartof ehtiyacımız 1,4 milyon tondur
Bir neçə gün əvvəl İrandan Azərbaycana gətirilən 48 ton ərzaqlıq kartofda kartof güvəsi (Phthorimaea operculella Zell.) və gövdə nematodu (Ditylenchus dipsaci Filipjev) aşkar edilib. Aşkar edilən gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün məhsul İrana geri qaytarılıb.
Azərbaycana təkcə İrandan yox, bir neçə ölkədən kartof idxal olunur. Bəs ölkənin özünün kartof tələbatını ödəmək potensialı varmı?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovvirtualaz.org-a açıqlamasında bildirib ki, Azərbaycanın özünün kartof tələbatını ödəmək imkanı var. Onun sözlərinə görə, ölkənin illik kartof tələbatı 1 milyon 400 min tondur:
– Bunun 1 milyon 200 min tonu ərzaq, 200 min tonu isə toxumluq kartofdur. Əfsuslar olsun ki, Azərbaycan bu tələbatın yalnız bir hissəsini ödəyə bilir. Keçən il ölkədə 830 min ton kartof istehsal olunub. Son illər 160 min ton kartof idxal edir, bu da əhalinin istehlak tələbatını tam ödəmədiyi üçün daxili bazarda qiymət digər ölkələrlə müqayisədə 2-3 dəfə bahadır. Başqa sözlə, təklif tələbata uyğun deyil. Bunun səbəbi istehsala ciddi fikir verilməməsi, onun çox aşağı olmasıdır. Azərbaycanda hər hektara 15 ton kartof istehsal olunur ki, bu da digər ölkələrlə müqayisədə 2 dəfə azdır.
– Azərbaycana əsasən hansı ölkələrdən kartof idxal edilir?
– Rusiya, İran, hətta ərəb ölkələrindən də ölkəyə kartof gətirilir. Bir müddət əvvəl Polşadan, Pakistandan da kartof idxal edilib. Ayrı-ayrı vaxtlarda Misir, Türkiyə və Gürcüstandan kartof alınıb.
– İrandan gətirilən kartofda xəstəlik aşkarlanması gələcəkdə bu ölkədən kartof idxalına təsir edə bilərmi?
– O kartofda aşkarlanan sadəcə zərərvericidir. O zərərvericilər isə artıq ölkədə var. Əvvəllər kartof güvəsi Azərbaycanda olmayıb, bu zərərverici son 3-4 ildə ölkədə yayılıb və bu da idxal olunan kartoflar vasitəsilə gəlib. Bu kartoflarda güvə, yaxud da digər zərərvericilərin aşkar olunması idxala təsir etməyəcək.
-Kartofda aşkarlanan zərərvericilər insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?
– Onların insan sağlamlığına heç bir təsiri yoxdur. Bu zərərvericilər yalnız kartofun məhsuldarlığını aşağı salır. Yeganə zərəri bitkiyə, onun meyvəsinədir. Amma ola bilsin ki, digər ölkələrdən insan orqanizmi üçün zərərli olan mikrob ölkəyə gəlsin. Bitkinin zərərvericisi isə insanı xəstələndirmir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya: “Türkiyənin müdaxiləsi təhlükəlidir”

Next Post

Sabah əsl yaz havası olacaq – Proqnoz

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sabah əsl yaz havası olacaq - Proqnoz

Putin Şoyqunu İrana göndərdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.