Türkiyə Suriyada yerüstü əməliyyatlarda iştirak etmək barədə düşünmür.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Suriyada yerüstü əməliyyatın keçirilməsinə dair məsələ Türkiyə hökümətinin gündəmində deyil: “Bütün hallarda Suriyada istənilən yerüstü əməliyyatda koalisiyanın bütün üzvləri işitrak etməlidirlər”.
Qeyd edək ki, bundan öncə rəsmi Ankarının BMT-dəki rəsmisi Hadit Çevik Türkiyənin Suriyaya təkbaşına qoşun yeritməyəcəyini bildirmişdi.
O, qeyd etmişdi ki, Ankara Suriya ərazisində yerüstü əməliyyatlara yalnız beynəlxalq koalisiyanın və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq sanksiyaları əsasında başlayacaq.




