"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya-İran müttəfiqliyi: bağlar tezliklə qırılmayacaq- ŞƏRH

22 Fevral 2016 - 17:26
in XƏBƏR LENTİ

Tərəflərin müzakirə etdiyi məsələlərdən biri də Türkiyə-Rusiya münasibətlərinin bərpası ola bilər

Son zamanlar Rusiya ilə İran rəsmiləri arasında keçirilən görüşlərdə intensivlik müşahidə edilməkdədir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Moskva və Tehran müttəfiqdir. Bu münasibətləri onlar bir sıra sahələrdə genişləndirməkdədir. İrana qarşı sanksiyalar aradan götürüldükdən sonra tərəflər arasında əməkdaşlığın genişləndiriləcəyi də gözləniləndir. Elə nazirlərin qarşılıqlı səfərləri də bunun görünən tərəflərindəndir.

İranın müdafiə naziri Hüseyn Dehqanın Moskvaya, onun rusiyalı həmkarı Sergey Şoyqunun Tehrana səfəri də bəzi mətləbləri ehtimal etməyə də yardmçı olur.

İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar aradan qaldırıldıqdan sonra İslam Respublikası az qala yeni bazar kəşf edilmiş kimi dünya iş adamlarının diqqətini özünə çəkib.

Heç şübhəsiz, Tehran da bu məsələdə ilk növbədə Rusiya kimi müttəfiqinin maraqlarını nəzərə almaya bilməz.

Hər iki ölkənin müdafiə nazirlərinin səfərləri silah satışı məsələsində əməkdaşlığın genişləndiriləcəyini indidən ehtimal etməyə əsas verir.

Bəzi mənbələr İranın Rusiyadan “S-400” zenit-raket kompleksi almaq və “Su-30SM” döyüş təyyarəsini quraşdırmaqla bağlı danışıqlar apardığı ehtimal olunur.Tərəflər arasında “Baston” raket kompleksi, “Yahont” gəmi əleyhinə raket, “Yak-130” döyüş-təlim təyyarəsi, “Mİ-8/17” helikopteri, hərbi gəmilərin alınması istiqamətində müzakirələrin olduğu istisna edilmir.

Bütün bunlarla yanaşı, Rusiyanın hələ də “S-300” zenit-raket kompleksinin İrana tadarük etmədiyi də nəzərə alınmalıdır. Çünki hərbi texnika ilə bağlı İrana tətbiq edilən sanksiyalar hələ də qüvvədədir. Görünür, Rusiya da əlavə problemlərlə üzləşməmək üçün İrana bu hərbi texnikanı verməyə tələsmir.

Ola bilsin, Kreml bu sövdələşmənin icrasını gecikdirməklə İrana qarşı özünəməxsus, sətiraltı təzyiqlər edir.

Görünür, Hüseyn Dehqanın Moskva səfəri zamanı bir sıra suallara cavablar açıq qaldığından, Sergey Şoyqu Tehrana səfər edərək ehtimal olunan anlaşılmazlığı İranda həll etmək qərarına gəlib.

Ümumiyyətlə, bu görüşlərin nəticəsi kimi, Rusiyanın İrana 9 milyard dollarlıq silah satacağı gözlənilir.

Qənaətimizcə, Sergey Şoyqunun səfəri yalnız hərbi texnika satmaqla məhdudlaşmır.

Çünki Rusiya və İran Suriyada fəal şəkildə havadan və qurudan əməliyyatı davam etdirir. Elə ötən həftənin sonunda Suriyada atəşkəsin nail olunmamasında onların da “əməyi” az deyil.

Ötən gün ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. Tərəflər ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsini, habelə Suriyada atəşkəsin əldə olunması yollarını müzakirə ediblər.

Odur ki, Sergey Şoyqunun səfər çərçivəsində bu məsələni də İranın başqa yüksək vəzifəli şəxsləriylə müzakirə etdiyini də diqqətdən qaçırmaq düzgün olmaz.

Nəzərə alaq ki, Suriya ilə bağlı perspektivdə beynəlxalq vasitəçilərin yeni görüşü nəzərdə tutulur. Rusiya ilə İran Bəşşar Əsədin siyasi səhnədə qalmasını təmin edir. Bu məsələnin həllində də Tehranla Moskva arasında fikir ayrılığının mövcudluğu da mümkündür.

Tərəflərin müzakirə etdiyi məsələlərdən biri də Türkiyə-Rusiya münasibətlərinin bərpası ola bilər. Ehtimal edilir ki, indiki vəziyyətdə bu “küsülülüy”ün aradan qaldırılmasında Rusiyanın daha çox nəzərə alacağı ölkə İrandır. Bu baxımdan Tehran Moskva-Ankara münasibətlərinin bərpasına vasitəçilik edə bilər. Çünki Türkiyə-Rusiya münasibətlərinin bu səviyyədə qalması ən azı iqtisadi baxımdan İranın da maraqları ilə üst-üstə düşmür.

Qeyd edək ki, İran prezidenti apreldə Türkiyəyə səfər edəcək.

Beləliklə, müdafiə nazirlərinin qarşılıqlı səfərləri İranla Rusiyanı bir-birinə bağlayan tellərin belə tezliklə qırılmayacağını ehtimal etməyə əsas verir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əli Kərimli bu restoranda gizli görüşlər keçirirmiş – FOTOLAR

Next Post

Biz Azərbaycana olan yanaşmamızı dəyişmişik – ABŞ səfiri

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Biz Azərbaycana olan yanaşmamızı dəyişmişik – ABŞ səfiri

Deputat test üsulunun ləğvini istəmir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.