Gürcüstanın energetika naziri Kaxa Kaladze fervarlın 29-u yenidən Azərbaycana səfər edəcək.
Bu barədə Gürcü KİV-nə istinadən xəbər verir. Kaladze bəyan edib ki, o “SOCAR” şirkətinin nümayəndələri, həmçinin konsorsium rəhbərliyi ilə görüşlər keçirəcək.
“Biz Şah-Dəniz qaz kəmərindən əlavə qaz tədarük etmək üçün aktiv şəkildə iş aparırıq. Biz bu məsələdə nikbinik və düşünürük ki, böyük ehtimalla müəyyən razılaşma əldə edəcəyik. Məhz bundan sonra bizdə `Qazprom`la danışıqları necə yekunlaşdıracağımıza dair tam fikir formalaşacaq”, – deyə Kaladze vurğulayıb.
`Qazprom` rəhbərliyi bir neçə gün əvvəl Vyanada `Qazprom` rəhbərliyi ilə keçirilən görüşdən danışan gürcü nazir razılaşmanın əldə olunmadığını bildirib. Kaladze bu məsələnin yaxın bir neçə gündə həll olunacağını vurğulayıb.
.jpg)



