“OPEK ABŞ-la neft hasilatının həcminin dondurulması ilə bağlı danışıqlar aparmayacaq”.
Rusiya mətbuatı verdiyi məlumata görə, bu barədə OPEK-in baş katibi Abdulla Əl-Bədri bildirib.
Onun sözlərinə görə, OPEK neftin hasilatının yanvar ayı səviyyəsinə uyğun dondurulması ilə bağlı ABŞ-dan başqa bütün istehsalçı ölkələrlə danışıqlar aparacaq.
Qeyd edək ki, fevralın 16-da Qətərin paytaxtı Dohada dörd böyük neft ixracatçısı olan Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər neft istehsalını yanvar ayı səviyyəsinə uyğun dondurmaq qərarı alıb.




