"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Politoloq Elxan Şahinoğlu:”Türkiyənin zəifləməsi Qərbin maraqlarına böyük zərbə vuracaq”

23 Fevral 2016 - 14:59
in XƏBƏR LENTİ
Türkiyədəki son terror olayları qardaş ölkənin məkrli qüvvələrin hədəfində olduğuna şübhə yeri qoymadı. Bəs bu qüvvələr kimdir, Türkiyə beynəlxalq siyasətdə kimin ayağını tapdayır?  Əslində sualların təxmini cavabları bəllidir. Lakin bu prosesdə aysberqin görünməyən tərəfində kimlərin olduğu da maraqlıdır. 

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

elxan-55

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, baş verənlərin birbaşa Ərdoğanla bağlı olduğunu düşünmür və bütövlükdə Türkiyənin hədəfdə olduğu heç kimə sirr deyil: “Bölgədə vəziyyət həqiqətən gərgindir. Suriyada da müharibə gedir və bu müharibədə Türkiyə əsas oyunçulardan biridir, obyektiv olaraq müəyyən maraqları var. Türkiyə bölgədə terrorçularla savaş aparır. Təsəvvür edin ki, əgər əvvəllər Türkiyə bir terror qruplaşması ilə savaşırdısa, indi buna ikisi də əlavə olunub. İkisi Suriyada PKK-nin qolları PYD və YPG-dir. Bundan başqa da DAEŞ (İŞİD)-dir. Bunların hər biri Türkiyəni hədəfə alıb və zəiflətməyə çalışır. Ancaq  son  terror olayının arxasında başqa geosiyasi məqsədlər də ola bilər. Mümkündür ki, həmin PKK və onun törəmələri, eləcə də DAEŞ qəsdən bu terror aksiyasını Ankarada, ordu qərargahının qarşısında keçiriblər ki, Türkiyə Suriyaya müdaxilə etsin və bununla da Suriyada Türkiyə ilə Rusiya arasında qarşıdurma yaransın və bu iki dövlət arasında müharibə başlasın. Həmin qüvvələr də bundan öz maraqları üçün istifadə etsinlər”. 

 

Politoloqun sözlərinə görə, hazırda Türkiyənin iki seçimi var: “Ya həqiqətən bu terror aksiyasından sonra Suriyaya  müdaxilə edib bufer zonası yaratmaq, ya da artilleriya zərbələrini intensivləşdirmək. Təkbaşına Suriyaya daxil olmaq Türkiyəyə bir qədər problemlər yarada bilər. Ancaq hər halda, bu partlayışların arxasında xarici güclər də dayana bilər ki, onların da məqsədi Türkiyəni zəiflətmək ola bilər. Bu, təkcə Ərdoğana qarşı deyil. Türkiyənin bölgədə oynadığı roldan narahat olan qüvvələr var və həmin qüvvələr sanki Türkiyəyə qarşı bir koalisiya formalaşdırıblar. Çox təəssüf ki, Rusiya da bu koalisiyanın içində rol alıb. Rusiya bir il öncə Türkiyənin hərbi tərəfdaşı idi, nə PKK-ya dəstək verirdi, nə Suriyaya müdaxilə edirdi. İndi bunlar hamısı var. Rusiya Suriyada müxalifətin mövqelərini bombalayır, hansı ki o müxalifətə Türkiyə dəstək verir. YPG və PYD vasitəsilə Rusiyadan PKK-ya silahlar gedir ki, bunlar da Türkiyəni zəiflətmək üçündür. Rusiyada artıq hakimiyyətə yaxın ekspertlər açıq deyirlər ki, onların məqsədi bölgədə Türkiyəni zəiflətmək, parçalamaqdır və bu məqsədlə terrorçu təşkilatlara dəstək verirlər. Bu məsələdə çox təəssüf ki, Amerika ilə Rusiyanın maraqları üst-üstə düşür. Amerika bir tərəfdən deyir ki , Əsəd getməlidir və Rusiyanın Suriyada hərbi varlığı düzgün deyil. Digər tərəfdən də bilə-bilə Əsədin və Rusiyanın dəstək verdiyi PYD-yə dəstək verir. Bu da onu göstərir ki, terrorçulara dəstək məsələsində Amerika, Rusiya və Əsədin mövqeləri üst-üstə düşür”. 

 

Elxan Şahinoğlu onu da bildirib ki, Rusiyadan fərqli olaraq, Amerika və Avropa Birliyi Türkiyənin bölgədə zəifləməsində maraqlı deyil: “Düzdür, Amerika terror qruplarını dəstəkləyir. Lakin onlar da anlamalıdırlar ki, Türkiyənin zəifləməsi onların da maraqlarına çox böyük zərbə vura bilər. Çünki Amerika Türkiyəni itirsə, müttəfiqini itirmiş olar. Düzdür, müttəfiq olaraq aralarında tez-tez fikir müxtəlifliyi yaranır. Ancaq Amerikanın Türkiyədə hərbi bazası var. Lazım olan məqamlarda Türkiyə Amerikanın müəyyən maraqlarını da həyata keçirir. Eyni zamanda Avro İttifaqı haqqında  da bu sözləri demək olar. Türkiyəni öz sıralarına qəbul etməsələr də, onun tamamən zəifləməsində və parçalanmasında da maraqlı deyillər”. 

 

AKP iqtidarının əleyhinə olan qüvvələrə gəlincə, Elxan Şahinoğlu bildirib ki, Türkiyənin həm daxilində, həm də xaricdə Ərdoğanın getməsini arzulayan qüvvələr var: “Qərbdə məhz ona görə belə bir qərar verilib ki, bir adam iki dəfədən artıq nazir olmamalıdır. Çünki bir adam uzun müddət hakimiyyətdə qaldıqca səhvlər də buraxır. Biz Türkiyəni dəstəkləyərkən onun səhvlərini də deməliyik. İndiki gərgin vəziyyətdə Türkiyənin İsrail və Misirlə münasibətlərini gərginləşdirməsi əslində Türkiyənin milli və təhlükəsizlik maraqlarına cavab vermir. Mən bir faktı da deyim ki, İsraillə münasibətlər Fələstinə görə korlandı. Ancaq indi Fələstin problemi heç yada düşmür, ərəblər də Ərdoğana o qədər də güclü dəstək vermirlər. Ancaq bunun qarşılığında  İsrail kürd silahlı qruplaşmaları ilə təmas qurur, onlara silah verir. Həmçinin  də Misir ərəb dünyasının əsas aparıcı dövlətlərindən biridir. Misirdə hakimiyyət dəyişdikdən sonra Ərdoğan yeni prezidentlə münasibətlərini tamam korladı və bu da Türkiyənin maraqlarına cavab vermir. Suriyada müharibə varkən, Rusiya ilə münasibətlər gərgin ikən Türkiyə çalışmalıdır ki, dostlarının sayı çox olsun, nəinki düşmənlərinin”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“General Akif Çovdarovun elə bir xəstəliyi var ki…”

Next Post

Baş nazir gey-paradda iştirak edəcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Baş nazir gey-paradda iştirak edəcək

Metronun “Neftçilər” stansiyasında da ticarət obyekti olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.