Kanadanın baş naziri Castin Tryudo Torontoda gey-paradda iştirak edəcək.
RİA Novosti xəbər verir ki, bu barədə CBC telekanalı tədbirin təşkilatçılarına istinadən məlumat yayıb.
Parad iyulun 3-də baş tutacaq. Tryudo bu cür tədbirdə iştirak edən ilk baş nazir olacaq.
“Yenidən orada olmağı səbirsizliklə gözləyirəm, bu dəfə artıq baş nazir kimi”, – Tryudo yayılan xəbərlərlə bağlı `Twitter` səhifəsində yazıb.
Tryudodan başqa paradda Kanadanın maliyyə naziri Bill Morno, Ontarionun baş naziri Ketlin Uinn və Torontonun meri Con Tori iştirak edəcək.




