"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Avropa Birliyi parçalanma təhlükəsi ilə üzləşib

23 Fevral 2016 - 18:56
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Avropa Birliyi parçalanma təhlükəsi ilə üzləşibBritaniyanın qurumu tərk etməsi yenidən gündəmə gəlib; Mehman Əliyev: “ABŞ Avropa Birliyinin mövcudluğunda maraqlı deyil…”

İngiltərənin Avropa Birliyindən (AB) çıxması məsələsi yenidən gündəmə gəlib. Artıq hər şey bununla bağlı keçiriləcək referendumda ingilis xalqının iradəsindən asılı olacaq. 
Doğrudur, Avropa İttifaqı Şurasının sədri Donald Tusk İngiltərənin hələ də qurumun tərkibində qaldığını bildirib: “Razılaşma əldə olundu. Avropa İttifaqı tərkibindəki Britaniya üçün qərar yekdilliklə qəbul edildi”. Amma bu da heç nəyi dəyişmir.
Çünki məsələ gündəmdə qalmaqda davam edir. Tuskun fikirləri hələ də öz təsdiqini tapmayıb.
Avropa Birliyinin  son aylarda yaşadıqları elə də ürəkaçan deyil. Bundan öncə də Avstriya qurumu tərk edəcəyini açıqlamışdı. Ekspertlər hesab edir ki, Böyük Britaniya kimi güclü dövlətin AB-dən çıxmasına digər Avropa dövlətləri imkan verməyəcək. Xüsusilə də ABŞ-ın adı çəkilir. Çünki Amerikanın xarici siyasətindəki əsas müttəfiq ölkələrindən biri İngiltərədir.
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev İngiltərənin Avropa İttifaqını tərk edəcəyinə inanmır: “İngiltərənin Avropa Birliyindən çıxacağını zənn etmirəm. Vaxtaşırı bu məsələ Britaniya hökuməti tərəfindən qaldırılıb. Amma sonradan danışıqlar əsasında İngiltərə qurumda qalıb. Bu, bir növ Şotlandiyanın İngiltərənin tərkibindən çıxması məsələsinə bənzəyir. Orada da referendum keçirilib. Lakin sonda Böyük Britaniyanın tərkibində qalması qərarı verilib. Düşünürəm ki, buna bənzər bir şey olacaq. Londonun özü üçün də bu çox vacibdir. Necə ki, Böyük Britaniyanın tərkibində ölkələr var, eləcə də Britaniyanın özü böyük bir qurumun tərkibindədir. Hüquqi əsasda Avropa Birliyini tərk etmək olar. Daxili sabitliyi qorumaq, mərkəzdənqaçma meyllərinin qarşısını almaq üçün İngiltərənin Avropa İttifaqında qalması vacibdir. Təbii ki, Britaniya hökumətinin də öz maraqları var. Miqrantlara ayırdığı vəsaitləri dayandıracaqları ilə bağlı İngiltərə hökumətinin açıqlamaları digər ölkələrə təzyiq xarakteri daşıyır. Çünki hazırda miqrantlara ən çox vəsait ayıran ölkələrdən biridir. Açığı, ABŞ Avropa Birliyinin mövcudluğunda və fəaliyyətində maraqlı deyil. Bu baxımdan İngiltərənin bu qurumda qalıb-qalmaması ABŞ üçün maraq kəsb eləmir. Düşünürəm ki, ingilislər də bu mesajı yaxşı başa düşürlər. Amma fikrimcə, İngiltərənin qurumun tərkibində qalmasına səs veriləcək”.
Avropa Birliyinin 28 üzvü var. Avropanın öndə gedən dövlətləri bu nüfuzlu qurumun üzvüdür.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Metronun “Neftçilər” stansiyasında da ticarət obyekti olacaq

Next Post

`Azərbaycan və İran sabitlik nümunəsidir`

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Azərbaycan və İran sabitlik nümunəsidir`

Əsəd silahı yerə qoydu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.