Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib.
AMB xəbər verir ki, Mərkəzi Bank tərəfindən satışa 30 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.
Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 66,760 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 44,9 faiz təmin olunub.




