Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin hər birəməkdaşında dərin hiddət və narazılıq doğurdu. Zaman-zaman Qulu Məhərrəmli və onun kimilərinin Azərbaycan Televiziyası ilə bağlı böhtan və hədyanlarını soyuqqanlılıqla qarşılamış, “xalqın gözü tərəzidir, ən yaxşı münsif tamaşaçılarımızdır” – deyə qərəz və nadanlıq dolu“rəylərə” əhəmiyyət verməmişdik. Lakin bu dəfə susmamağa qərar verdik. Peşəkar və obyektiv yanaşmadan son dərəcə uzaq olan bu yazıda böyük bir kollektivin və onun rəhbərinin ünvanına səslənən təhqiramiz ifadələr səbr kasamızı daşdırdı.
Azərbaycan Televiziya və Radiosunun bir qrup əməkdaşı böyük bir kollektivin istək və tələbini yerinəyetirərək Qulu Məhərrəmlinin üzdəniraq müsahibəsi iləbağlı nə düşündüyünü geniş ictimaiyyət qarşısında açıq şəkildə bəyan etdi. Bizim hər birimiz televiziya və radio işinin peşəkarı olduğumuzu populist çıxışlar və ucuz reklamla yox, işimiz, əməlimiz, sözümüz və qələmimizlə sübuta yetirmişik. Ölkəmizin ən çətin dövründə xalqımızla çiyin-çiyinə olmuşuq, onun müstəqilliyinə və uğurlarına sevinmişik, Azərbaycanın böyük yenidənqurma və inkişaf prosesinə öz töhfəmizi verməyə var gücümüzlə çalışmışıq. Qulu Məhərrəmlidən fərqli olaraq, hər birimizin siyasi əqidəsi də, vətəndaş mövqeyi də bəllidir.
Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan Televiziyasında sədr vəzifəsində çox qısa və çox uzunmüddət çalışanlar olub. Həmin sədrlərin təyinatı ilə müxtəlif qurumlara rəhbərlik etmişik, öz qabiliyyət və bacarığımıza görə sayılıb – seçilmişik. Nə karyera qurmaq həvəsinə düşmüşük, nə də yersiz iddiallarla çıxış etmişik. Yalnız bizə tapşırılan işi məsuliyyət və bacarıqla yerinə yetirməyimizə görə qiymətləndirilmişik. On il öncə Arif Alışanov Azərbaycan Televiziyasına sədr təyin olunanda Qulu Məhərrəmlinin iddia etdiyi kimi, illüziyaya qapılmamışıq. Yüksək idarəçilik qabiliyyətinə malik peşəkar mütəxəssisi bizim kollektivə rəhbər təyin etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevə minnətdar olmuşuq və bu gün də minnətdarıq. Yaxşı tanıdığımız peşəkar və bacarıqlı bir sədrin rəhbərliyiilə Azərbaycan Televiziyasının yeni bir inkişafa, yeniuğurlara nail olacağına inanmışıq və bu inamımızda dayanılmamışıq. Azərbaycan Televiziyasının son 10 ildəqazandığı uğurlar göz önündədir və onları bir-birsadalamağa ehtiyac duymuruq. Atalar demişkən: “Görünən dağa nə bələdçi”.
Görünür bizdən fərqli olaraq Qulu Məhərrəmlinin xeyli illüziyası varmış. Uzun illər boyu Arif Alışanova etdiyi yaltaqlığın, şəninə söylədiyi boğazdan yuxarı təriflərinəvəzini gözləyirmiş bu başabəla televiziya “mütəxəssisi”. Lakin unudub ki, sədrimiz həqiqətlə yalanı, iki üzlülüklə səmimiyyəti çox yaxşı ayırd edir və hər kəsə layiq olduğuqiyməti verir.
Bizim çıxışımızdan sonra Qulu Məhərrəmli özxislətinə, tərbiyə və dünyagörüşünə uyğun şəkildə Azərbaycan Televiziya və Radiosu qarşısında kifayətqədər xidməti olan ziyalıları, öz bacarıq və qabiliyyətini dəfələrlə sübut etmiş peşəkar mütəxəssisləri “mənəvicəhətdən istismar olunan asılı, zavallı adamlar” adlandırdı. Bizi tanıyanlara şəxsiyyətimiz də, fəaliyyətimiz də yaxşıməlumdur. Qulu Məhərrəmlidən fərqli olaraq heç birkəsdən nə maddi, nə də mənəvi asılılığı qəbul etməmişik. Biz Arif Alışanov sədr olmamışdan əvvəl də uzun illər buidarədə çalışmışıq və onun sədrliyindən sonra da doğmakollektivimizlə bir yerdə olmaq əzmindəyik. Ömrümüzün böyük bir hissəsini həsr etdiyimiz doğma ocağımızın-anateleviziyamızın təəssübünü də çəkirik, onun qədir-qiymətini də bilirik. Saxtalığı və riyakarlığı həyat amalıseçən Qulu Məhərrəmli kimi “teletənqidçilərə” və“təəssübkeşlərə” ehtiyacımız yoxdur. Qulu Məhərrəmli öz şəxsi ambisiyalarını həqiqət adına təqdim edirsə bizim dəhəqiqətimiz düzgünlük, qərəzsizlik, istedad vəpeşəkarlıqdır. Uzun illər bu kollektivlə çalışan, böyük iş vəhəyat təcrübəsinə malik insanlar kimi bir də onu deyəbilərik ki, heç bir zaman özümüzü mənən bu qədər rahathiss etməmişik. Heç bir zaman AzərbaycanTeleviziyasında rəhbərlə kollektivin ünsiyyəti bu qədər demokratik, bu qədər sərbəst və açıq müzakirə formasında olmayıb.
Sağlam bir yaradıcılıq mühitində çalışan, ən müasir texnologiyalar sayəsində ürəyindən keçənləri reallığa çevirə bilən, dövlətimizə və xalqımıza xidmətdən böyük zövq alan bizlər zavallıyıq, yoxsa sədr müavinliyi illüziyası daşa dəyən, kin-kidurət içində boğulan, iddiaları iləimkanları düz gəlməyən Qulu Məhərrəmli?
Nadir Axundov – əməkdar incəsənət xadimi
Telli Pənahqızı – əməkdar mədəniyyət işçisi
İlham Rəhimli – əməkdar incəsənət xadimi
Şəfəq Əlixanlı – əməkdar incəsənət xadimi
Ramiz Həsənoğlu – xalq artisti
Rafiq Hüseynli – xalq artisti
İlham Alışanov – əməkdar jurnalist
Faiq Hüsüyev – əməkdar jurnalist
Tahir Talıblı – əməkdar jurnalist
Səyavuş Məmmədov – əməkdar jurnalist
Faiq Sadıxov – əməkdar jurnalist
Məhərrəm Bədirzadə – əməkdar incəsənət xadimi
Ramiz İsmayılov – əməkdar mədəniyyət işçisi
Fikrət Adığözəlli – əməkdar jurnalist
Rafiq Savalan – telejurnalist
Firuzə Nadir – telejurnalist
Bəxtiyar Qaraca – telejurnalist
Telman Nəzərli – telejurnalist
Salar Aslanov – telejurnalist
Sadıq Elcanlı – əməkdar jurnalist






