"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Testə toxunmaq olmaz”

25 Fevral 2016 - 09:23
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 “Testə toxunmaq olmaz”
Test biliyin qiymətləndirilməsinin ən obyektiv, ən ədalətli üsuludur; Bizim ölkədə testə inam o qədər böyükdür ki, o, sosial etimad və hətta daşlaşmış mədəniyyət institutudur – cəmiyyət bu məsələdə tam mədəni yanaşma sərgiləyir, kənar və qanunsuz imkanlar axtarmır”
 
“Nədən bizim uşaqlar Türkiyə və Avropa liseylərinə daxil olduqda əsl natiqə çevrilir, yüksək yazı bacarığına malik olurlar? Deməli, uşaqları çəkindirən, ürkək edən bizim mühitdir”
Fikrimcə, 12 illik orta təhsilə keçməmiş və təmayülləşmə prosesini başa çatdırmamış testə toxunmaq olmaz. İslahatlara ehtiyacı olan orta təhsil sistemimizdə bir ideya digər ideyanı gücləndirməlidir. Əks təqdirdə, kələfin ucu itə bilər. Test üsulunun əleyhinə də nələrsə demək və düşünmək olar.
Onun tətbiqinin ilk günlərindən pisləməyə başladılar. Bu yanaşmanı ekspert səviyyəsinə və elmi anlama gətirdikdə, doğrudan da testin bəzi mənfi cəhətlərini söyləmək olar. Bunlar heç gizli də deyil. Amma test üsulunun elə müsbət cəhətləri var ki, onu heç nə ilə əvəz etmək olmur. Çörçilin məşhur söz vardı: “Demokratiyanın da çatışmazlıqları var, amma ondan yaxşısı icad olunmayıb”.
Test biliyin qiymətləndirilməsinin ən obyektiv, ən ədalətli üsuludur. İngiltərənin NEAB Assosiasiyasının tədqiqatlarına görə, test üsulunun tətbiqi istənilən halda, istənilən təhsil subyektində şikayətləri və apelyasiyaları dəfələrlə azaldır. Bizim ölkədə testə inam o qədər böyükdür ki, o, sosial etimad və hətta daşlaşmış mədəniyyət institutudur – cəmiyyət bu məsələdə tam mədəni yanaşma sərgiləyir, kənar və qanunsuz imkanlar axtarmır.
Adətən testin məzmunu ilə bağlı tənqidlərə rast gəlirik. Deyirlər ki, bu, yoxlama üçün dərin alət deyil. Bəs onun əhatəliliyini niyə unudurlar. Açıq suallar 4-5 mövzunu əhatə edirsə, test daha çox mövzunu əhatə edir və daha keyfiyyətli yoxlamaya yol açır. Açıq suallı imtahanlarda sualların sayı az olduğu üçün cəmi 1 xəta qiymətin ciddi şəkildə aşağı düşməsinə səbəb olur. Test üsulunda hər kəsə kiçik xətalardan sığortalanmaq və özünü sübut etmək imkanı yaradılır.
 
Bəli, test dərin abstrakt və qeyri-standart yoxlamaya imkan yaratmır, amma imtahan bunun üçün yer deyil, bunun üçün olimpiada və yarışlar, müsabiqə və elmi araşdırma platformaları var.
 
Əgər nitq və yazı barədə düşünürüksə, gərək unutmayaq ki, kamal attestatı alan hər kəs bəlli səviyyədə bu keyfiyyətlərə yiyələnməlidir. Sual olunur ki, niyə bunu edə bilmirik?
Mən deyə bilərəm ki, o qədər nitq qabiliyyəti olmayan dahilər olub. Amma bu da o demək deyil ki, biz yazmaq və nitqlik bacarıqlarını kənara atmalıyıq. Yox. Bu bacarıqlar kamal attestatının tələbi olmalıdır, məktəbdə öyrədilməlidir. Bu keyfiyyətlərin vacib olduğu xüsusi sahələr üçün də ələmə imkanları var.  Xüsusi qabiliyyət imtahanı və s.
Test subyektiv amilləri aradan qaldırır, imtahan verənləri bərabərləşdirir. Onun daha yaxşı tətbiqindən danışmaq olar, ali məktəblərdə alternativ və paralel üsullar tətbiq etmək mümkündür, yəni təhsilin digər problemlərinin həlli üçün addımlar atmaq olar.
Lakin test üsulunun ləğvi ilə böyük səhvə yol verib, ölkə təhsilinə və cəmiyyətimizə yeni problemlər yaratmaq olmaz. Bu uğurdursa, ona niyə toxunuruq? 
Yapon orta təhsilinin mühüm özəlliyi “kokoro” anlayışındadır. Hər bir yaponlu üçün “kokoro” təhsil ideyası mənasını verir. Və bu təkcə təhsil və bacarıqla məhdudlaşmır, insanda xarakterin formalaşmasına kömək edir. Bu ölkədə ənənəvi olaraq düşünürlər ki, məktəbdə təhsilin əsas vəzifəsi uşaqları “kokoro” ilə zənginləşdirməkdir. Yuxarı siniflərdə əsas məqsəd uşaqları ali məktəblərə qəbula hazırlamaqdır. Bunun üçün əlbəttə ki, ciddi biliklər tələb olunur. Həm də məntiqi olaraq düşünürlər ki, “kokoro” buna qədər uşaqlarda artıq xarakter formalaşdırıb.
 
Azərbaycan orta təhsil sisteminin ideyası nədir? 
Vaxtilə Azərbaycanda təhsildə qiymətləndirmə o qədər ədalətsiz həyata keçirilib, ali məktəblərə qəbul o qədər saxtakarlıqla aparılıb ki, testin tətbiqi onu təhsilin ideyasına çevirə bildi. Artıq bütün Azərbaycan identik olaraq qəbul edir ki, heç kəs ədalətsizliklə üzləşməz və bilikli abituriyent qəbuldan kənarda qala bilməz. Belə identiklik və ideya birliyi istənilən cəmiyyətin sərvətidir. Məsələn, kimə aydın deyil ki, əgər testə inam yox idisə, nə üçün bu üsulla yüksək nəticə göstərənlər xarici dövlətlərin nüfuzlu ali məktəblərinə oxumağa göndərilir.
Onların xarici ali məktəblərdəki uğurları, nəticələri test üsulunun doğruluğunu sübut etdi. İndi təsəvvür edin, xaricə oxumağa gedənləri universitetlər müsabiqədən keçirir və həmin nəticələrə görə onlar xaricə oxumağa göndərilirlər. Yerlə göy qədər fərq var, dostar. Başqa bir sual. Nədən bizim uşaqlar Türkiyə və Avropa liseylərinə daxil olduqda əsl natiqə çevrilir, yüksək yazı bacarığına malik olurlar? Deməli, uşaqları çəkindirən, ürkək edən bizim mühitdir. Yapon “kokoro”su Türk və Qərb liseylərinin ideyalarına bənzəyir.
Test üsulu ilə imtahan keçirən TQDK-nın hansı sənədində yazılıb ki, şagirdlər dərslikləri kənara qoyub, testlə məşğul olsunlar. Bu qurumun rəhbərliyi təhlillər zamanı məktəb proqramlarının mənimsənilmə faizini önə çəkir.
Kurikulum bizim təhsil ideyamıza çevrilə bilmədi. 10 illərdir üzərində baş sındırılan dərsliklər, müəllim hazırlıqları, yeni qiymətləndirmə metodları şagird və abituriyentin nitqini və tənqidi təfəkkürünü inkişaf etdirə bilmədi.
Şagird bu bacarıqları orta və ali məktəbdə qazanmalıdır. Bütün bunlara baxmayaraq, ali məktəblərin çoxunda semestr imtahanları test üsulu ilə keçirilir. Bu üsulu ali məktəblərə daşıyanların çoxu tələbə qəbulunun testlə keçirilməsinin əleyhinə çıxır. Pisdirsə, özünüz niyə tətbiq edirsiniz?
Biz istəyirik ki, uşaqlarda tənqidi təfəkkür inkişaf etsin. Bu, çox gözəl arzudur. Ancaq bu dəyəri uşaqlara aşılamaq istəyən müəllim tənqidi təfəkkürə malikdirmi? Bax, əsas problemlərdən biri də budur…
 
 
Etibar ƏLİYEV, təhsil eksperti
Xüsusi olaraq “Yeni müsavat” qəzeti üçün
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

​”Brent” markalı neft 3 faizdən çox bahalaşıb

Next Post

İlham Əliyevin İran səfəri Ermənistanda təlaş yaradıb – erməni nəşri yazır…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İlham Əliyevin İran səfəri Ermənistanda təlaş yaradıb - erməni nəşri yazır...

Kanadada buz yağışı: yüzlərlə aviareys ləğv olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.