"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyevdən Tehranda Qarabağ mesajı

25 Fevral 2016 - 10:33
in XƏBƏR LENTİ

İran hakimiyyətinin ilk olaraq Azərbaycan prezidentini Tehrana dəvət etməsi əvvəlki səfərlərdən xeyli fərqlənir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. Siyasi şərhçi hesab edir ki, Azərbaycanın hazır infrasutrkturu, Avropaya çıxan nəqliyyat və boru xətləri Tehran üçün cazibədar görünməlidir:

 

“Buna baxmayaraq, Tehran “fərqli  dəyərlərdən” çıxış edib, bəzi məsələlərdə üstünlüyü Ermənistana da verə bilər. Məsələn, İran öz qazını Gürcüstana Ermənistan üzərindən ötürməyi planlaşdırır. Halbuki iqtisadi məntiq İranın Azərbaycana üstünlük verməsini diqtə edir. Böyük ehtimalla, İlham Əliyev Tehranda İran qazının Gürcüstana və Avropaya hansı marşrutla çatdırılması məsələsinə aydınlıq gətirilməsini istəyib”.

 

Politoloqun qənaətinə görə, Rusiya ilə dəmiryolu əlaqəsində İran Azərbaycana üstünlük verəcək:

 

“Bu, hər 3 dövlətin xeyrinədir. Moskva və Tehran istəyərdi ki, iki ölkəni birləşdirən dəmiryolu Ermənistandan keçsin. Ancaq Azərbaycanla İranı birləşdirən dəmiryolu faktiki hazırdır, Ermənistandan isə dağların içi ilə yeni və bahalı dəmiryolu tikilməlidir. Məhz bu səbəbdən də hər iki ölkə Azərbaycanı seçdi”.

 

Politoloq bildirib ki, İran Azərbaycanla sərhədyanı ticarəti də inkişaf etdirməkdə maraqlıdır: “İran sərhəddə bir neçə azad ticarət zonası yaradıb və Ermənistan şirkətlərini də həmin zonada fəaliyyətə dəvət edib. Rəsmi Bakı isə Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla ikitərəfli və üçtərəfli əməkdaşlığa başlamayacaq. Rəsmi Bakının İran vətəndaşları üçün viza rejimini ortadan qaldırmamasının səbəblərindən biri də budur”.

 

Xəzərdə enerji resurslarının birgə istifadəsi məsələsinə toxunan E.Şahinoğlu bunun qısa zamanda mümkün olmayacağını vurğulayıb:

 

“Birincisi, hər iki ölkənin Xəzərin status ilə bağlı ortaq mövqeyi olmalıdır. İkincisi, Xəzərdəki “Alov” yatağına aydınlıq gətirilməlidir. Bu yataq Azərbaycan ərazisindədir və biz kəşf etmişik. Ancaq Azərbaycan öz yatağını işlədə bilmir. Çünki İranın hərbi katerləri buna imkan vermir. “Alov” yatağının fəaliyyəti Xəzərdə əməkdaşlıq üçün çox yaxşı zəmin olardı”.

 

Tehranda Dağlıq Qarabağ münaqişəsinin gündəmdə olmamasına diqqət çəkən ekspert İranın vasitəçiliyində Bakı və İrəvanın maraqlı olmadığını qeyd edib:

 

“Halbuki Ruhaninin bircə dəfə də olsa, “Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tərəfdarıq” ifadəsini işlətməsi iki ölkə arasındakı əməkdaşlığın yüksəlişi üçün önəmli ola bilərdi”.

 

Politoloqun fikrincə, Azərbaycanın Tehranda Suriya ilə bağlı mövqeyi İranın da maraqlarına uyğundur:

 

“Rəsmi Bakı İslam koalisiyasına qoşulmayacaq. ABŞ və Rusiya Suriyada atəşkəsə nail olarsa, buna ehtiyac da qalmayacaq. Azərbaycan Suriya probleminin həllində yalnız müxtəlif qütblərin yer alacağı böyük koalisiyada iştirak edə bilər. Xamenei ilə görüşdə İlham Əliyev üçün məzhəb bağlılığının vurğulanmasının arxasında isə işğal altındakı torpaqların boşaldılmasında İranın Azərbaycanı sözdə və əməldə dəstəkləməsi amili dayanır”.

 

Qeyd edək ki, fevralın 23-də Prezident İlham Əliyev İrana rəsmi səfər edib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türk hakerdən məsləhət: “Onları açmayın”

Next Post

Bir kəndin bütün kişiləri edam edilib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bir kəndin bütün kişiləri edam edilib

Azərbaycana 12 "Bentley" gətirilir - Kimlərdi alan?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.