"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İranlı turistlər Azərbaycana axın edəcək? – Ekspert

26 Fevral 2016 - 09:41
in XƏBƏR LENTİ

Azərbaycanla İran arasında sırf iqtisadi sferada, özəlliklə də turizm sektorunda əməkdaşlıq üçün çox geniş imkanlar var.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu barədə sanksiyaların götürülməsi fonunda İranla Azərbaycan arasında iqtisadi əlaqələri, özəlliklə də turizmin inkişaf perspektivlərini  şərh edən iqtisadi alim Vüqar Bayramov deyib. Ekspert iranlı turistlərin Azərbaycana cəlb edilməsi üçün atıla biləcək addımlardan danışıb:

 

“İranda xeyli azərbaycanlı yaşayır, yaxın qonşuluq münasibətləri, eyni zamanda, dil baryerinin olmaması və ən əsası nəqliyyat xərclərinin ucuzluğu iranlıları turist kimi Azərbaycana cəlb etməyə imkan verir. Azərbaycanın təbiəti və iqlimi isə coğrafi baxımdan olduqca əlverişlidir. Ümumiyyətlə, Azərbaycan yerli turizminin İrandan xeyli sayda turist cəlb edə bilməsi gözləniləndir. Bunun üçün ən əhəmiyyətli addımlardan biri ölkədə turistlərin qəbulu ilə bağlı infrasutrukturun inkişaf etdirilməsidir. Çünki hazırda ölkə turizmi potensial olaraq ən çox 42 min turist qəbul etmək imkanına malikdir. Bu potensialın artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, qonşu ölkələrdən, xüsusilə də Rusiyadan Azərbaycana gələn turistlərin sayında artımlar istisna edilmir”.

 

İqtisadçı hesab edir ki, Azərbaycan hazırkı şəraitdə İrandan maksimum faydalanmalıdır:

 

“İran həm turistlərin, həm də bütövlükdə turizm sektoruna investisiyaların cəlb edilməsi baxımından yeni baza və imkanlar deməkdir. Bunun üçün bütün imkanlar dəyərləndirilməlidir. Bu aspektdən İranda Azərbaycan turizm imkanlarının tanıdılmasına böyük ehtiyac var. Azərbaycan iş adamları və ölkə turizmi bütün imkanlardan faydalanmaqla bütövlükdə bu sektorun inkişafına təkan verə bilərlər”.

 

Ekspertin sözlərinə görə, qiymətlərin tənzimlənməsi bu istiqamətdə vacib rol oynayacaq:

 

“Yerli turizm üzrə xidmətlərin dollarla ifadədə ucuzlaşmasına baxmayaraq, iranlı turistlərin ölkəyə cəlb olunması üçün bunun davamlı olmasına ehtiyac var. Eyni zamanda, keyfiyyətin artırılması, müxtəlif cür turist xidmətlərinin təklifi də olduqca vacibdir. Yəni yalnız istirahət deyil, müalicəvi, tarixi turizm  imkanları da təqdim olunmalıdır. Məsələn, Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə ziyarətlərin, tarixi turistik səfərlərin təşkili baxımından Gəncə iranlı turistlər üçün cəlbedici görünə bilər”.

 

Qeyd edək ki, fevralın 23-də Prezident İlham Əliyev İrana rəsmi səfər edib. Dövlət başçısı İran rəhbəri ilə görüşdə Azərbaycanda investisiya, özəlləşdirmə, daxili və xarici investorlar üçün böyük planların həyata keçirilməsinə və bu islahatlar sayəsində iranlı investorlara yeni imkanların yaradıldığına diqqət çəkib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yas dəbdəbəsi niyə qayıtdı? – Açıqlama

Next Post

Xocalı şahidi olan ukraynalı pilot o dəhşətdən danışdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Xocalı şahidi olan ukraynalı pilot o dəhşətdən danışdı

Misir prezidenti satışa çıxarıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.