"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xocalı şahidi olan ukraynalı pilot o dəhşətdən danışdı

26 Fevral 2016 - 09:47
in XƏBƏR LENTİ
Xocalı şahidi olan ukraynalı pilot o dəhşətdən danışdıLeonid Markoviç: “Beş yüz metr məsafəyə enərkən, gördük ki, ermənilər yaralıları da güllələyir”

Fevralın 25-də ukraynalı pilot Leonid Markoviç Bakıda mətbuat konfransı keçirib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Bakıya gələn pilot Xocalı qətliamının ilk şahididir. O, azərbaycanlı jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparıb. 
 
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, iki il öncə pilot  Leonid Markoviçlə bağlı məlumat alıblar: “Bir müddətlik araşdırmadan sonra Xocalı barədə film çəkməyi qərara aldıq”. 
 
Leonid Markoviç isə bildirib ki, 1989-cu ildən 1992-ci ilə qədər Gəncədə SSRİ qoşunlarının tərkibində xidmət edib  və helikopter komandiri olub. Onun sözlərinə görə,1992-ci il fevralın 27-də Gəncəyə qayıdarkən Xocalının şərqindən iki kilometr məsafədə dağın ətəyində uçarkən rəngərəng paltar müşahidə ediblər: “Beş yüz metr məsafəyə enərkən, gördük ki, ermənilər yaralıları da güllələyir. Ermənilər Azərbaycan vertolyotunu görüb atəşə tutmağa başladılar. Biz qayıtdıq və ölkə rəhbərliyinə müraciət etdik. Bundan sonra jurnalistləri oraya çəkiliş üçün aparmağımızı istədilər. Jurnalistləri apararkən jurnalist Çingiz Mustafayevi gördük. Onların cəmi beş dəqiqə vaxtı vardı ki, çəkiliş etsinlər. Gördük ki, artıq ermənilər bizi görüblər və atəş edirlər. Beş dəqiqə ərzində çəkiliş etdik. Dünya bu qətliamı bu çəkilişlərdən sonra bilib, soyqırımdan xəbər tutub”.
Pilotun sözlərinə görə, o zaman gördükləri barədə mətbuata  müsahibə verib və bu, geniş müzakirələrə səbəb olub: “Jurnalistlər hadisə yerinə düşərkən ərazini tam çəkə bilməyiblər. On-on beş dəqiqə çəkiliş apara bildik. Helikopter yerə enə bilməmişdi. Hər zaman hazır idi ki, ermənilər gələndə çəkiliş qrupunu götürüb gedə bilsinlər. Çəkiliş qrupu aşağı düşəndə o dərəcədə şok yaşadı ki, iki-üç dəqiqə ərzində çəkiliş edə bilmədilər. Onları tələsdirdik, çox az kadrlar çəkdilər. Meyitlər bir-birindən çox aralı idi. Jurnalistlər nəyi çatdırdı onu çəkdilər. Ancaq ərazi tam halda yuxarıdan çəkilib. Bizimlə gedən bir polis kapitanı uşaqların arasında öz oğlunu tapdı. Oğlu öldürülmüşdü. O, uşağın meyitini götürüb helikopter tərəfə gəlirdi, ermənilər bizi görmüşdü, biz uçmalı idik. O, oğlunu helikopterə yerləşdirdi, özünün isə əlləri aşağı düşdü, helikopterə minə bilmirdi. Deyəsən, ağlını itirmişdi. Biz onu da güclə götürüb uçduq”.
Ukraynalı pilotun iştirakı ilə jurnalistlərin Xocalıya getməsi və soyqırımı çəkməsi barədə film də ərsəyə gəlib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilən “Cəhənnəmi görmüş pilot” filminin təqdimatı fevralın 26-da olacaq.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranlı turistlər Azərbaycana axın edəcək? – Ekspert

Next Post

Misir prezidenti satışa çıxarıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Misir prezidenti satışa çıxarıldı

Vaşinqtonda iqtidarla şok müzakirələr- masada nələr var...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.