“Bölgədə sülh əldə etməyin zamanı çatıb”; NATO generalı: “Rusiya Qarabağ münaqişəsindən xarici və regional siyasətdə alət kimi istifadə edir…”
Dünən Qarabağ münaqişəsi tarixində ən qanlı olayın – Xocalı soyqırımının növbəti ildönümü idi. Heç şübhəsiz, sivil bəşəriyyət üçün üz qarası olan bu müdhiş qətliamın, etnik təmizləmənin 24 ildir öz hüquqi-siyasi qiymətini almaması, hərbi cinayətkarların – Ermənistanın indiki prezidenti Serj Sərkisyanın, sabiq prezidenti Robert Köçəryanın, müdafiə naziri Seyran Ohanyanın hələ də cəzalandırılmaması Dağlıq Qarabağ konfliktinin həll edilməmiş qalmasına birbaşa bağlıdır.
Nə vaxt ki, Qarabağ məsələsi ədalətli həllini tapacaq, yəqin ki, o vaxt da Xocalı soyqırımı qurbanlarının ruhu sakitlik tapacaq. Ancaq belə görünür ki, buna hələ var. Çünki münaqişənin dinc, ədalətli vasitələrlə, öncəliklə beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının, digər mötəbər təşkilatların məlum qətnamələri əsasında çözümünə müvəkkil olan ATƏT-in Minsk Qrupunun həmsədrləri xüsusən də son illər tam fərqli – ermənipərəst bir yanaşma sərgiləyirlər.

Bu kurs konfliktin ən əvvəl vasitəçilərin “hərbi qalib” saydığı Ermənistanın maraqları çərçivəsində həllini, deməli həm də hərbi cinayətkarlara bəraəti nəzərdə tutur və o üzdən də Xocalı soyqırımı qurbanlarının ruhuna, bəşəri dəyərlərə həqarət və xəyanət hesab edilməlidir. Hərçənd həmsədrlər sözdə şablon ifadələr işlətməkdən yorulmurlar.
“Mən Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etməyi planlaşdırıram”. Bu barədə dünən Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib (“Trend”). Diplomat ardınca Qarabağ münaqişəsi zamanı yaşanan faciələrin bütün qurbanlarını yad etmək istədiklərini söyləyib. “Biz ümid edirik ki, bu vaxta kimi, xüsusilə dinc sakinlər arasında çox sayda itkilərlə nəticələnən münaqişə prezidentlərə təkan verəcək ki, bu məsələnin danışıq yolu ilə həll olunmasına diqqətlərini yönəltsinlər. Münaqişənin həll olunma prosesində irəliləyişə nail olmaq üçün Minsk Qrupunun həmsədri kimi Fransa və rusiyalı həmkarlarımla tərəflərlə işləməyə hazıram. İndi sülh əldə etmək vaxtıdır” – əlavə edib amerikalı diplomat.
***
Sülh əldə eləməyin vaxtı həqiqətən çatıb – özü də çoxdan. Amma nə yazıq ki, ədalətli, daimi sülhə ən böyük maneə elə həmsədrlərin məsələdə tutduğu ermənipərəst mövqe, hətta Azərbaycan prezidentinin də bugünlərdə xüsusi vurğuladığı kimi, işğalçıya qarşı gizli xristian təəssübkeşliyidir.
Beləcə, Dağlıq Qarabağ konflikti zonasında sülh əvəzinə təhlükəli status-kvo öz mövcudluğunu saxlamaqda davam etdirir. Paralel surətdə təmas zonasında yeni müharibə ehtimalı güclənməkdədir, çünki istənilən sülhün, dincliyin alternativi savaşdır. Qarabağ konflikti zonasında yeni müharibə riskləri ilə bağlı isə son zamanlar əcnəbi hərbi analitiklər və hərb mütəxəssislər də tez-tez danışır, xəbərdarlıqlar edirlər. O sırada Amerika generalları Qarabağda müharibə təhlükəsinin artdığını bildirirlər.

Məsələn, Avropada NATO (Amerika) Qüvvələrinin komandanı, general Filipp Bridlav hesab edir ki, Rusiya regionda nüfuzunu qoruyub saxlamaq üçün Qarabağ kimi həll olunmamış münaqişələrdən xarici və regional siyasət aləti kimi istifadə edir. General Vaşinqtonda deyib ki, Moskva faktiki olaraq Azərbaycana silah sataraq və Ermənistanda hərbi iştirakını davam etdirir və regionda qeyri-sabitliyi gücləndirib. “Belə siyasət, çox güman ki, bu gün Qafqazda sülhə nail olmaq üçün ən böyük maneədir” – qeyd edib ABŞ generalı.
“Əslində təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində zorakılıq son iki ildə xeyli artıb, 2015-ci il isə 1994-cü ildə atəşkəs elan edildikdən sonra münaqişənin davam etdiyi dövr ərzində ən çox ölüm halı qeydə alınan il olub”, – deyə Bridlav Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsində çıxış edərkən söyləyib. Onun sözlərinə görə, Rusiya həmin regionlarda nüfuzunu qoruyub saxlamaq üçün münaqişə iştirakçılarına növbə ilə dəstək göstərməklə manipulyasiya edərək Dağlıq Qarabağdan və digər dondurulmuş münaqişələrdən istifadə edir.

“Moskvanın əvvəllər əldə etdiyi razılaşmalara zidd olaraq və beynəlxalq normaları pozaraq, Rusiya ən yaxın qonşularını məcbur edir, manipulyasiya edir və onlara hücum edir, dövlətlərin suverenliyini pozur. Rusiya razılaşdırılmış beynəlxalq asayiş qaydalarına riayət etmək istəmir. O, həmin qaydaları yenidən yazmaq istəyir” – əlavə edib Bridlav.
Öz növbəsində, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper Konqresin başqa bir komitəsində çıxış edərkən deyib ki, Azərbaycanda iqtisadi şəraitin pisləşməsi ilə yanaşı, hərbi gücün sabit şəkildə artırılması ilə əlaqədar Ermənistan və Azərbaycan arasında gərginlik yüksək olaraq qalır. «Bu, 2016-cı ildə münaqişə yaranması ehtimalını artırır», deyə Klapper bildirib.
***
Amerikalı təhlilçilər son vaxtlar Rusiyanın durmadan Ermənistanı silahlandırmasını da bölgədə sülh və sabitlik üçün ən böyük təhlükə hesab edirlər. Bu günlərdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin sabiq müavini Adam Erelinin “Forbes” jurnalında yazdığı böyük məqalə müstəsna olaraq bu mövzuya həsr olunmuşdu.
Məqalədə Rusiyanın Ermənistana qoşun yığaraq Türkiyəni müharibə ilə təhdid etdiyi qeyd edilir və Vaşinqtonun buna səssiz yanaşması sərt tənqid olunur.
Ereli məqaləsində həmçinin, göstərib ki, Vaşinqton Putinin Ermənistandakı zərbə qüvvələri qarşısında susqunluq göstərən, Birləşmiş Ştatların regiondakı müttəfiqlərinə, o cümlədən Türkiyə və Azərbaycana qarşı alət kimi istifadə olunan Ermənistanla da sərt danışmalıdır.
Göründüyü kimi, Amerikada işğalçı Ermənistanın bölgədə oynadığı destruktiv missiyanı gerçək qiymətləndirənlər də kifayət qədərdir. Ermənistanı bu təhlükəli roldan – Rusiyanın əlində alət olmaqdan qurtarmağın tək yolu isə onu işğalçı kimi tanıyıb, Qarabağa dair qətnamələri yerinə yetirmək üçün ona təzyiqləri gücləndirmək ola bilər.
Bu mənada “Forbes”dəki təhlili məqalədə yer alan xəbərdarlıqlardan ən əvvəl həmsədrlər, ilk növbədə də ermənilərə yaxınlığı Bakıda haqlı narazılıq doğuran amerikalı vasitəçi Ceyms Uorlik nəticə çıxarmalı, dərs götürməlidir.
Türkiyə XİN: “Azərbaycan torpaqlarının davam edən işğalını şiddətlə qınayırıq”
“Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 24 il bundan əvvəl Xocalıda qarşı-qarşıya qaldıqları qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliklərində hiss edir və bu acını paylaşırıq”. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, Türkiyə Ermənistan Respublikası hərbi birləşmələri tərəfindən həyata keçirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayır: “Beynəlxalq ictimaiyyətdə layiq olduğu diqqəti almayan bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün azərbaycanlı qardaşlarımıza ən səmimi başsağlığımızı çatdırırıq”.
Sənəddə həmçinin, qeyd olunur ki, mülki əhaliyə qarşı insanlığa zidd hücumlar və Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində 1 milyona yaxın insan yurdlarını tərk etmək məcburiyyətində qalıb və o tarixdən bu yana qaçqın həyatı yaşamağa məhkum edilib.