"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentlər 2 gün ard-arda nədən danışıblar?- Elxan Şahinoğlu

27 Fevral 2016 - 11:43
in XƏBƏR LENTİ
putin aliyev

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycan Xarici İşlər Nazirliyinin fevralın 23-də Rusiyaya göndərdiyi notanı şərh edib. Qeyd edək ki, notada Rusiyanın Ermənistana silah və hərbi texnikanın alınması üçün 200 milyon dollar kredit verməsindən Azərbaycanın narahatlığı bildirildi.

 

E.Şahinoğlu bildirir ki, istənilən ölkəyə silah satması və ya bu məqsədlə kredit ayırması Rusiyanın hüququdur. Ancaq Kreml hər yerdə beynəlxalq hüququn aliliyindən və Suriyanın ərazi bütövlüyünə hörmətdən danışır. Buna görə də Kreml Suriya kimi Azərbaycanın ərazi bütövlüyünə da hörmət etməlidir: “Rusiya Ermənistana silah verə bilər, ancaq üzərinə öhdəlik götürməlidir ki, bu silahlar Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməyəcək. Elə Azərbaycan Xarici İşlər Nazirliyini notası da məhz bu sözlərlə bitir ki, Rusiya 200 milyon dollarlıq silah və texnikanın işğal altındakı ərazilərdə yerləşdirməyəcəyinə dair zəmanət verməlidir.

 

Aydındır ki, Kreml belə bir zəmanət verməyəcək. Çünki Rusiya həmin silah və texnikanı kasıb Ermənistana məhz ona görə verir ki, separatçılar Azərbaycan qarşısında hərbi baxımdan zəifləməsinlər. Azərbaycanın hərbi imkanları və hərbi büdcəsi ilbəil artır. Ermənistanın isə belə imkanları yoxdur. Ona görə də Rusiya Ermənistana köməyini artırır.
Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında bu mövzuda suala cavab verərkən dedi ki, Moskva Cənubi Qafqazda balansı saxlamaq üçün həm Azərbaycana, həm də Ermənistana silah satır. Əslində bu belə deyil. Rusiya Azərbaycana silah satır və pul qazanır, Ermənistana isə silahı pulsuz verir və bundan qazancı olmur.
Rəsmi Bakının Moskvaya göndərdiyi notadan iki gün sonra Azərbaycan və Rusiya prezidentləri telefonla danışdılar. Rəsmi məlumatda prezidentlərin Suriyada əldə olunan atəşkəs razılaşmasından danışdıqları bildirildi. Bir gün sonra, yəni fevralın 26-da prezidentlər yenidən telefonla danışdılar”.

 

Beləliklə, Azərbaycan və Rusiya prezidentləri iki gün ərzində (25 və 26 fevral) iki dəfə telefonla danışdılar. Görəsən prezidentləri telefonla iki gün dalbadal müzakirə aparmağa nə vadar edib?

 

E.Şahinoğlu deyir ki, yaxın tarixdə Rusiya və Azərbaycan prezidentlərinin iki gün ard-arda telefonla danışdığını xatırlamaq çətindir: “Azərbaycan o ölkə deyil ki, Moskva Bakı ilə beynəlxalq mövzuları geniş müzakirə etsin. Rusiyanın Ermənistana silah almaq üçün verdiyi 200 milyon dollarlıq kreditdən sonra prezidentlərin Dağlıq Qarabağ probleminin müzakirəsi də az ehtimal olunur. Bu Putin üçün aktual mövzu deyil. Bəs onda prezidentlər nəyi müzakirə ediblər? Birincisi, İlham Əliyev İrana səfərinin nəticələri barədə Vladimir Putini məlumatlandıra bilərdi. Çünki, Azərbaycan prezidentinin İrana səfərinin Rusiyaya da aidiyyatı var. Azərbaycan Rusiya ilə İran arasındakı dəmir yolu tikintisini bu ilin sonuna qədər başa çatdırmaq istəyir. Bunun nəticəsində Rusiya öz mallarını həm İrana, həm də İran üzərindən Fars körfəzi üzərindən başqa Asiya ölkələrinə ixrac edə bilər. İran da öz növbəsində mallarını Azərbaycan və Rusiya üzərindən Avropa ölkələrinə daşıya bilər. Yəni rəsmi Bakının şimal-cənub xəttini birləşdirməsindəki təşəbbüskarlığı Rusiyanın da xeyrinədir.

 

İkincisi, Rusiya Suriya məsələsində Azərbaycanın neytral qalmasını istəyir. Digər tərəfdən Putin Suriya məsələsində rəsmi Bakının Türkiyəni dəstəkləməsini və Azərbaycanın “İslam koalisiyasında” yer almasını istəmir. Bu məsələdə Kremlin narahatlığı üçün əsas yoxdur. Azərbaycan Suriya məsələsində neytrallığını qoruyacaq, “islam koalisiyasına” üzvlük də planda yoxdur. Rəsmi Bakı Suriyaya görə balanslaşdırılmış xarici siyasətindən imtina etməyəcək.
Putin Əliyevə ikinci dəfə fevralın 26-da zəng edib. Azərbaycanda bu tarixi Xocalı soyqırımı kimi qeyd edirlər, müxtəlif ölkələrdə, o cümlədən Putinin tənqid etdiyi qardaş Türkiyədə müxtəlif anım mərimləri keçirildi. Ona görə də telefon danışığı ilə bağlı bu sual da aktualdır: Putin Xocalı soyqırımının ildönümü ilə bağlı Əliyevə başsağlığı veribmi? Çətin. Başsağlığı olsaydı Azərbaycan XİN bu haqda məlumat verərdi”.

PAYLAŞ:

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu partiyalar cəzalanacaq

Next Post

DYP MMX protokollarını ləğv etdi – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

DYP MMX protokollarını ləğv etdi - VİDEO

İlham Əliyev Afaq Bəşirqızına məktub yazdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.