"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nardaran olaylarında ölənlərin harada dəfn edildiyi bilindi: məzarlar ilk dəfə görüntüləndi – Reportaj ( FOTOLAR)

27 Fevral 2016 - 20:02
in XƏBƏR LENTİ
Nardaran olaylarında ölənlərin harada dəfn edildiyi bilindi: məzarlar ilk dəfə görüntüləndi – Reportaj ( FOTOLAR)
Nardaran qəsəbəsində ötən il dekabrın 1-də qurulan polis postlarının əksəriyyəti götürülüb. Kəndə giriş-çıxış sərbəst şəkildə mümkündür. Qəsəbədə yolların genişləndirilməsi, kommunikasiya xətlərinin yenilənməsi işləri davam etdirilir. Hazırda Nardaranda yalnız 3 yerdə polis postu qalmaqdadır.
Kəndə aparan Abşeron küçəsi hazırda bağlanıb. Küçədə təmir-tikinti işləri davam etdirilir, asflat örtüyü yenilənir. Musavat.com-un əməkdaşı Nardaranda olarkən kəndəki son vəziyyətlə tanış olub.
Kəndin “İmam Hüseyn meydanı” adlanan mərkəzi hissəsində təmir-tikinti işləri başa çatdıb. Qəsəbənin digər küçələrində də yolların genişləndirilməsi nəzərdə tutulub və artıq plan hazırlanıb. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi və “Azərişıq” ASC üçün inzibati binalar burada tikilib. Kəndin müxtəlif yerlərində 44 nəzarət kamerası quraşdırılıb.
Son günlərə qədər Nardarana girişdə Daxili Qoşunlar və polis tərəfindən qurulan bütün postlar götürülüb. Yalnız kədin Abşeron küçəsində, “Əli meydanı”nda  polis postları görmək mümkündür.
Kənddə rahat şəkildə avtomobillə və ya piyada şəkildə hərəkət etmək mümkündür. Sakinlərin sözlərinə görə, polis əməkdaşları yalnız şübhəli bildikləri şəxsləri saxlayaraq sorğu-sual edirlər.
Nardaranda olarkən 2015-ci ilin noyabr ayının 26-da polislə silahlı qarşudurmada öldürülənlərin dəfn olunduğu məzarlığa da yollana bildik. Kənd sakinləri arasında bu məzarlıq “Köhnə Nardaran qəbristanlığı” kimi adlanır. Bu məzarlıqda yaxın 20 il ərazində kənd sakinlərindən heç kim dəfn edilməyib. Kəndin əsas qəbristanlığı “Əli meydanı”nın yanında, “Cümə” məscidinin yanındadır. Kənd sakinləri də əsasən burada dəfn edilir. Yalnız Nardaran hadisələrində öldürülən 4 nəfər burada dəf edilib. Köhnə qəbristanlıqda 4 məzardan başqa bir neçə qədim başdaşı görmək mümkündür.
Məzarlıqda Nardaran sakinləri Əkbər Babayevin, Fərahim və Rəfael Bünyatov qardaşlarının və Masallı rayon sakini Sarvan Səfərovun qəbirləri var. Məzarlığın ətrafında  bu gün də polis əməkdaşları növbə çəkir. Yaxınlıqda yaşayanların bildirdiyinə görə, qəbirləri ölənlərin yalnız ailə üzvləri bir neçə dəfə ziyarət edib.
Xatırladaq ki, ötən il noyabrın 26-da polislə silahlı qarşıdurmada 4 dindar öldürülmüşdü. 2 polis əməkdaşı da həlak olmuşdu. Müsəlman Hərəkatı Birliyinin sədri Tale Bağırzadə və bir neçə dindar həbs edilmişdi. Bundan sonra kənd sakinləri noyabr ayının sonunadək kənddə aksiyalar keçirmiş, kəndə girişlərdə barikadalar qurmuşdular. Daxili Qoşunların və polisin keçirdiyi əməliyyatdan sonra Nardaran dekabr ayının birindən nəzarətdədir. Hadisələrdə iştirak edən onlarla kənd sakini həbs edilib.





Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məhkəmə sədri vəzifəsindən azad olunması üçün ərizə yazdı

Next Post

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

Şamaxıda magistral yol çöküb, avtomobillərin hərəkəti çətinləşib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.