"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Donos yazmaqdan və intriqalardan başqa əlindən heç nə gəlməyən belələri fikirləşir ki…”

29 Fevral 2016 - 13:56
in SEÇMƏ XƏBƏRLƏR

<font color=red><b>“Donos yazmaqdan və intriqalardan başqa əlindən heç nə gəlməyən belələri fikirləşir ki...”</b></font>

“Turist cəlbi üçün turist zonalarında qiymətlər aşağı salınmalı və kazinoların açılmasına icazə verilməlidir”

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın bir neçə sualını cavablandırıb:

– Qüdrət bəy, Prezidentin İrana son səfərini necə qiymətləndirirsiniz?

– Çox yüksək. İranla əlaqələr gücləndirilməli, viza rejimi aradan qaldırılmalı, İrandan Azərbaycana investisiya və turist axınına nail olmalıyıq. Azərbaycan dünyəvi dövlət olduğundan və dil problemi olmadığından İran vətəndaşları üçün cox cəlbedicidir, bundan faydalanmaq lazımdır. Əlaqələrin genişlənməsi Cənubi Azərbaycanda milli şüurun inkişafına da öz töhfəsini verəcək. Turist cəlbi üçün turist zonalarında qiymətlər aşağı salınmalı və kazinoların açılmasına icazə verilməlidir. Onsuz da tez-tez eşidirik ki, bu və digər yerdə qanunsuz kazinolar aşkar edilib. Həm də Topaz özü qumardır və biz onu leqallaşdırmışıq. Gürcüstan kazinolar hesabına Azərbaycandan, İrandan, Türkiyədən çoxlu turist cəlb edə bilib. Mən əvvələr bunun əleyhinə olsam da indiki maliyyə durumumuz bunu tələb edir.

– Başqa bir məsələyə münasibət bildirmənizi istərdik. Parlamentdə müxalif fikirlərin və tənqidin zəifləməsi ölkənin, həmçinin indiki iqtidarın xeyirinədir, yoxsa ziyanına? Sonuncu iclasda parlamentin fəal deputatlarından olan Zahid Oruc da büdcə məsələsi kimi vacib məsələdə susdu…

– Parlament müxalifəti olmayan ölkəni dünyaya heç vaxt demokratik ölkə kimi təqdim etmək olmaz. Ölkədə tənqidi fikrə ehtiyac var və ən ciddi tənqidləri xalq elə Prezdentdən eşidir. Qanunun aliliyi ilə əlaqədar, məmur özbaşınalığı haqqında, büdcə vəsaitlərindən səmərəli istifadə olunması, xalqın fəal olub ictimai nəzarəti həyata keçirməsi barədə və s. Əlbəttə, iqtidarda heç bir tənqidin olmamasını istəyən insanlar var. Donos yazmaqdan və intriqalardan başqa əlindən heç nə gəlməyən belələri fikirləşir ki, bir gün onlar da tənqid oluna bilər. İqtidara və ölkəyə ən böyü zərəri onlar vururlar. Tənqidi yalnız radikal və xaricdən idarə olunan müxalifət söyləsə bu onların sosial bazasını çox böyük sürətlə genişləndirər. Bəlkə də zamanında həmin qüvvələr tərəfindəön irəli çəkilmiş bəzi məmurlar keçmiş şeflərinin zamanının çatdığını düşünüb bu istiqamətdə fəaliyyətlərini genişləndiriblər. Son iclasa gəldikdə isə heç olmasa iki nəfər tənqidi çıxış edib büdcə qanununun əleyhinə səs verdi. Bu da onu təsdiq edir ki, parlament müxalifəti zəif də olsa var.

– Qüdrət bəy, son qəbul olunmuş qərarlar iqtisadi inkişafı stimullaşdıracaqmı?

– İslahatlar davam etdiriləcəksə və bütün sahələri, xüsusilə, məhkəmə sistemini də əhatə edəcəksə mütləq uğurlu nəticələr olacaq. Çünki süründürməçiliyin olmadığı ədalətli məhkəmə sistemi olduqda biz Azərbaycana investisiya cəlb edə bilərik. Transmilli şirkətlərə baxmayın, onlar özlərini bizim kimi ölkələrdən güclü sayırlar və əmindirlər ki, onların hüquqlarını heç kim poza bilməz. Digər sahibkarlar isə qanunun aliliyinə diqqət yetirirlər. Qanunun aliliyinin təminatı isə məhkəmələrdir. Amma hər bir halda her şeyin bir an içində dəyişəcəyini gözləmək sadəlövhlük olar. Dünyanın istənilən ölkəsində aparılmış ən uğurlu islahatların nəticəsi özünü bir müddət sonra göstərir. İslahatların uğrunu şərtləndirən əsas amillərdən biri sabitlikdir. Xalqımız bunu da nəzərə almalıdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah havanın temperaturu 17 dərəcəyədək artacaq

Next Post

`Qadınlar mənə lağ edirdilər` – Çingiz Ukraynanı ağlatdı

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post

`Qadınlar mənə lağ edirdilər` - Çingiz Ukraynanı ağlatdı

Rusiya Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru Bakıya gəlir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.