"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Valyuta ehtiyatımız nə qədər azalıb? – Qubad İbadoğlunun şərhi

02 Mart 2016 - 10:37
in XƏBƏR LENTİ
Valyuta ehtiyatımız nə qədər azalıb? - Qubad İbadoğlunun şərhi

Duke (ABŞ) universitetinin professoru, iqtisadçı-alim Qubad İbadoğlu Mərkəzi Bankın valyuta ehtiyatlarının 2008, Dövlət Neft Fondunun aktivlərinin isə 2012-ci il səviyyəsinə düşdüyünü yazıb. Musavat.com tanınmış iqtisadçının sosial şəbəkədəki səhifəsində paylaşdığı statusunu təqdim edir:
“Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2015-ci il üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Əvvəlki illərlə müqayisədə gecikdirilməklə ictimaiyyətə tədqim olunan məlumatdan görünür ki, ötən il ərzində yalnız Azərbaycan Mərkəzi Bankının (AMB) deyil, həmçinin ARDNF-nin, yəni bütövlükdə Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları azalıb.
Ölkənin ən iri valyuta ehtiyatlarına malik olan ARDNF-nin 2016-cı il yanvarın 1-ə olan aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 milyard 574 milyon 100 min ABŞ dollar təşkil edib, yəni son 1 ildə 3 milyard 530 milyon dollar azalaraq 2012-ci il səviyyəsindən də aşağı düşüb. Bu dövr ərzində isə AMB-nin valyuta ehtiyatları 2008-ci ilə səviyyəsinə qədər azalıb və bütövlükdə Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 2016-cı il yanvarın 1-ə, 38,6 milyard ABŞ dolları təşkil edib ki, bu da demək olar ki, i 2011-ci ilin ortalarına olan vəziyyəti xarakterizə edir. Hazırda hökümətin qarşısında duran başlıca vəzifələrdən biri də cəmi valyuta ehtiyatlarının ÜDM-də xüsusi çəkisinin azalmasına yol verməmək olmalıdır.
Bu isə bir tərəfdən MB-nin valyuta ehtiyatlarının qorunmasını, digər tərəfdən də ARDNF-nin isə vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin artırılmasını tələb edir. Həm daxili və həm də xarici bazarın konyukturasını nəzərə alsaq hər iki qurum qarşısında çox mürəkkəb vəzifə dayanır. Belə ki, manata təzyiqin artdığı indiki situtasiyada AMB-nin bu vəzifənin yerinə yetirməsi inandırıcı görsənmir. Çox güman ki, AMB indiki məzənnə siyasətini davam etdirərsə, ən tezi 3 aya və ən geci isə 6 aya ona məxsus valyuta ehtiyatları bitəcək. ARDNF-yə gəlincə, artıq 2-ci ildir ki, onun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlər davamlı olaraq azalır.
Ötən il bu fəaliyyətdən 335,6 milyon manat qazanc əldə edən ARDNF-nin gəlirləri illik 1 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərinin aktivlərdə xüsusi çəkisi 2013-cü ildə 1,34 faiz, 2014-cü ildə isə 1,04 faiz olub. Bu istiqamətdə ən yüksək göstəricilər 2007-ci ildə – 4,5 faiz, 2008-ci ildə – 3,8 faiz , 2009-cu ildə isə 3,29 faiz qeydə alınıb. Hazırda dünya maliyyə bazarlarında risklərin artması bu sahədə işi çətinləşdirir. Odur ki, ARDNF mühafizəkar sərmayə siyasətinə uyğun olaraq daha az riskli və müvafiq sabit gəlirliliklə müşaiyət olunan aktivlərə yatırımlar edir.
Ona görə də yaxın gələcəkdə də DNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərinin artacağını proqnozlaşdırmağa dəyməz. Deməli, dövlətin strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin bazar iştirakçılarının tələb və təklifi əsasında sərbəst müəyyənləşdirilməsidir. Əks tədqirdə manat yalnız Mərkəzi Bankın deyil, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatlarını “yeyəcək”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Klinton və Tramp dünən də qalib gəliblər

Next Post

Azərbaycan Rusiyanı xiyarla təmin edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan Rusiyanı xiyarla təmin edir

Mərkəzi Bank bankları birləşdirə bilmədi-səbəb...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.