"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şüvəlanda xeyirxah aksiya- pulsuz geyim paylanılır

02 Mart 2016 - 10:48
in XƏBƏR LENTİ
 Şüvəlanda xeyirxah aksiya- pulsuz geyim paylanılır“Yeni Müsavat”ın müxbiri də mağazaya baş çəkib; bir müddət sonra imkansızlara pulsuz məişət əşyaları da veriləcək

Bakıda qeyri-adi xeyriyyə kampaniyasına start verilib. Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən mağaza imkansız insanlara pulsuz pal-paltar, müxtəlif geyim əşyaları təqdim edir. Bu xeyriyyə kampaniyası bir qrup yardımsevər tərəfindən təşkil olunub və “Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as” şüarı altında tam təmənnasız olaraq yoxsul insanlar üçün fəaliyyət göstərir. 
Artıq 1 həftədir ki, qəsəbənin mərkəzi küçəsində yerləşən bu mağazaya insan axını var. Mağaza hər gün günorta saat 14:00-dan axşam saat 17:00-dək fəaliyyət göstərir. Bu vaxt ərzində həm müraciət edən imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir.
 
“Yeni Müsavat”ın müxbiri də mağazaya baş çəkib. Biz ərazidə olduğumuz zaman mağazanın qapısı önündə qələbəlik yaşanırdı. İnsanlar içəri növbə ilə buraxıldığından gələnlərin əksəriyyəti qapı önündə gözləməli olur və bundan narazılıq edirdilər. 
Şüvəlan sakinləri deyir ki, hər gün günorta saatlarında obyektin qarşısında onlarla növbəsini gözləyən adam görmək mümkündür. Aksiyadan yararlanmaq istəyənlər təkcə Şüvəlan qəsəbəsinin əhalisi deyil və digər qonşu qəsəbələrdən, hətta rayonlardan da gələnlər var. Hər kəs ehtiyacı olan paltarı götürsə də, bəzən daha çox paltar götürmək istəyənlərə də rast gəlinir. Təşkilatçılar deyir ki, belə hallarda insanların qəlbini qırmaq istəmədikləri üçün maksimum anlayışlı bir şəkildə onları başa salırlar.
 
Təşkilatçı Fuad Əliyev xeyriyyə aksiyasının bir həftədir davam etdiyini və insanların  kütləvi şəkildə axın etdiyini dedi: “Bir həftədir ki, aksiyanı təşkil etmişik. Əslində ideyanı Türkiyədən götürmüşük. Bu xeyirxah işi çox bəyəndik və bir neçə dost əl-ələ verib, bu cür xeyriyyə aksiyalarını təşkil etməyi qərara gəldik. Xeyirxah insanlar sağ olsunlar ki, aksiyaya dəstək verirlər. Paltarların saxlanılması üçün bu mağazanı bizə bir xeyirxah şəxs təmənnasız  verib. Bizim məqsədimiz kimdənsə pul almaq və yaxud maddiyyat güdmək deyil. Sadəcə, insanlardan xahişimiz odur ki, istifadə etmədikləri geyim əşyalarını, paltarları buraya gətirsinlər. Bizim öhdəmizə düşən vəzifə isə əzik və çirkli paltarları öz hesabımıza ütüləyib və təmizləyib imkansız ailələrə çatdırmaqdır. Yaxşı olar ki, paltarları təmiz və ütülənmiş halda gətirsinlər”.
 
Təşkilatçı xeyriyyə aksiyasında paltar fırıldaqçılarına rast gəldiklərini də dedi: “Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as” şüarı altında təşkil olunan xeyriyyə aksiyasında bəzən anlaşılmazlıqlar da olur. Biz də insanları başa düşürük. Lakin istənilən paltar və yaxud geyim əşyası bərabər şəkildə paylaşılmalıdır. Heç kimə fərq qoyulmur. Gətirilən paltarları bərabər şəkildə bölüşdürürük. Lakin bununla bəzi fırıldaqçılar da öz əməlindən geri qalmır. Bir şəxs bir neçə dəfə geyim əşyası götürmək istəyir. Bu halların qarşısını almaq üçün siyahı tuturuq. Hər kəsə nömrələr paylanılır və onun qarşılığında paltar verilir və dərhal nömrə həmin şəxsdən alınır. Bundan əlavə, texnika və məişət əşyaları da gətirənlər olur. Lakin o barədə hələ ki planlaşdırma aparmamışıq. Qısa zamanda bu kimi əşyaların siyahılaşdırma prosesinə başlayacağıq. Bunun üçün də təşkilatçılığı gücləndirmək və böyütmək lazımdır. Məişət avadanlıqları üçün evlərə gedib yoxlamaq lazımdır. Bunun üçün bir neçə işçi heyəti götürmək lazımdır. Lakin təmənnasız olaraq insanları cəlb etmək mümkün deyil. İnanırıq ki, hökumətimiz də bu işlərdə bizə yardım edəcək. Hazırda 5-6 nəfərlə bu işləri davam etdiririk. Çox yorğun və gərgin işdir. Hər gün iş vaxtımızdan bir neçə saat ayırıb bu işə sərf edirik. Zəhmət tələb edən iş olsa da, çalışırıq ki,  imkanı olmayan insanlara əlimizdən gələn yaxşılığı, köməkliyi göstərək. Hətta xaricdən də aksiyaya dəstək olmaq istəyənlər var. Bu yaxınlarda xeyli sayda kişi, qadın, uşaq geyimləri göndərəcəklər. Allah yardım edən hər kəsdən razı olsun”.
Bu mağazaya pulsuz paltar götürmək üçün gələnlər mağazanın qarşısında toplaşaraq, növbələrinin çatmasını gözləyirlər. İçəridə olanlar isə həvəslə paltarlara baxır, kimi uşağına, kimi də özünə paltar seçir. Vitrində ayaqqabı, aksessuarlar, bəzək əşyaları da var. Lakin mağazanın qapısı önündəki qələbəlik bəzən təşkilatçılar üçün problem də yaşadır. Belə ki, səs-küy artdıqda icra nümayəndələri müdaxilə edib irad bildirməli olurlar. Bu səbəbdən təşkilatçılar  ən yoxsul, geyim almağa belə imkanı olmayan insanların gəlməsini xahiş edir.
 
Məğrur MƏRD 
Fotolar müəllifindir




Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

295 DƏFƏ OXUNUB
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MN: Yeganə yol Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasıdır

Next Post

Türkiyədə terror təhlükəsi – 2 İŞİD-çi axtarılır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Türkiyədə terror təhlükəsi - 2 İŞİD-çi axtarılır

Türkiyə kəşfiyyatı yeni terror təhlükəsi barədə xəbərdarlıq edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.