Türkiyənin kəşfiyyat xidməti terror aktı törətmək üçün qeyri-qanuni yolla ölkəyə daxil olan İŞİD qruplaşmasının iki üzvünü axtarır.
Hər iki terrorçu 81 vilayətdə axtarışa verilib və onların fotoları hüquq-mühafizə orqanlarına göndərilib.
S.A. və M.A.C. adlı 2 terrorçunun Kahramanmaraşda yaşayan Suriya vətəndaşı İ.H. ilə görüşəcəyi barədə məlumutlar da yayılıb.
Hazırda həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.




